Obamanı bu vəziyyətdə heç görmədiniz - VİDEO
Bizi izləyin

Tabloid.az

Obamanı bu vəziyyətdə heç görmədiniz - VİDEO

ABŞ prezidenti BuzzFeed portalı üçün yumoristik videoda çəkilib.

Publika.az-ın məlumatına görə, klipdə Barack Obama, üzünü qırışdırır, “selfie” çəkir və guya gerçək basketbol topu ilə oynadığını nümayiş etdirir. Bir sutkadan az müddət ərzində 300 min dəfədən artıq paylaşılan videoklipə 19 milyon dəfə baxılıb.

Əslində “Hamının etdiyi lakin heç kimə söyləmədiyi şeylər” adlı videoklip səhiyyə sığortası üzrə “healthcare.gov” dövlət saytının reklamıdır. Ağ Evin təşəbbüsü ilə yaradılan yeni sığorta sistemi ictimai rəydə parçalanma yaradıb. Onun əleyhdarları prezident Obamanı şiddətli tənqidə tuturlar.

Bu məqama eyham vuran BuzzFeed müəllifləri deyirlər ki, Obama da, başqa adamlar kimi, bir işi alınmayanda ( misal üçün peçenyesini stəkandakı südə batıra bilməyəndə ) ABŞ prezidentini suçlayır.

Yeni qaydalar fərdlərin mütləq sığortalanmasını və az gəlirli təbəqəyə sığorta almaq üçün müavinətlərin ayrılmasını nəzərdə tutur. Hokümət bildirir ki, bu addım sosial müdafiədən məhrum olanlara sığortalanmaq imkanını verir. İslahatın əleyhdarları isə əmindirlər ki, yeni sığorta sistemi büdcə vəsaitlərinin nəhəng israfçılığına zəmin yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm