Özünü eybəcər sayan ən gözəl aktrisa - FOTO
Bizi izləyin

Tabloid.az

Özünü eybəcər sayan ən gözəl aktrisa - FOTO

Marqo Robbinin ekranda gördüyümüz aktrisalar arasında ən gözəli olduğu artıq təsdiqlənib.

Publika.az-ın məlumatına görə, tamaşaçıların onun gözəlliyinə və istedadına vurğun olmasına baxmayaraq, o, həyatı boyu gözəl olmadığını düşündüyünü deyib.

“In Touch” jurnalına müsahibəsində aktrisa son zamanlarda Hollivud gözəli kimi tanınması barədə deyilənləri şərh edərkən bunları deyib: “Mən, əlbəttə, bunu böyük kompliment kimi qəbul edirəm. Amma ömrüm boyu özümü çox çirkin hesab etmişəm. Yeniyetmə yaşlarımda mən uzunboy, çəlimsiz idim, eynək və diş brasleti taxırdım”.

24 yaşlı bu qız dünyanın ən eybəcər eynəklərini taxsa belə, yenə onun gözəlliyini gizlədə bilməz. Bədən quruluşuna söz ola bilməz. Dişlərinə gəldikdə isə, onun gülüşü adamı bir anlığa iflic edir.

Gənc aktrisa “In Touch” jurnalına deyib ki, onu tamaşaçılara sevdirən gözəlliyindən çox, oynadığı xarakterlərin gözəlliyidir.

“Mən heç vaxt qadının gözəlliyini vurğulamayan, işıqlandırmayan rol ifa etmərəm”- deyə Marqo bildirib.

Bundan belə başa düşmək olar ki, Marqo, sözsüz, çox gözəldir, amma ola bilsin ki, özünə etimadı və yaratdığı obrazlar onun gözəlliyini daha da qabarıq göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm