Tabloid.az
Xalq rəssamı vəfat edib
Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü Davud Kazımov fevralın 14-də, ömrünün 89-cu ilində
vəfat edib.
Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildiriblər ki, Davud
Kazımov sərbəst yaradıcılıq fəaliyyətinə İkinci Dünya
müharibəsindən sonrakı dövrdə başlayıb. Bu vaxt bir çox
rəssamların, o cümlədən də Davud Kazımovun yaradıcılığında müharibə
qəhrəmanlarının bədii obrazlarının yaradılması əsas yer tuturdu.
Onun əsərlərində səmimiyyət, uşaq məsumluğu, onları əhatə edən
qayğıkeşlik bacarıqla əks olunub. Bu əsərlər səmimiliyi ilə yanaşı,
əhval-ruhiyyənin təzəliyi, hisslərin təmizliyi ilə də yadda qalıb.
Davud Kazımov öz dövrünün insanlarını, onların əhval ruhiyyəsini,
psixoloji durumunu açıqlayan portret əsərlərinin də müəllifidir. Bu
əsərlər rəssamın portret ustası kimi dəqiqliyini, dərin müşahidə
qabiliyyətini, obrazların konkret xüsusiyyətlərini çatdırmaq
istedadını əks etdirir. O, mənzərə janrı ilə yanaşı, həm də
natürmort janrının əsl ustası kimi tanınıb.
Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan
Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının bədii
fondunda, eləcə də Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və
digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
Davud Kazımov 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının akademik rəngkarlıq kafedrasının professoru idi.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar
İttifaqının, Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və
kollektivi müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi
Davud Kazımovun vəfatı ilə əlaqədar başsağlığı verirlər.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK