Tabloid.az
Van Qor haqqında film çəkilir
60 rəssamın köməyi ilə bir qrup Oskar mükafatı almış kinorejissorlar Vinsent van Qoqun rəsm və təsvirlərindən istifadə edərək onun həyat və müəmmalı ölümü haqda film üzərində işləyirlər.
Filmin direktoru Dorota Kobiela deyib ki, bu ideya rəssamın qardaşına göndərdiyi məktubundan ilhamlanaraq meydana çıxıb. "O, bizim rəsmlər vasitəsi ilə ünsiyyət saxlaya biləcəyimizi dedi. Və bu kəlimələr mənim üçün çox əhəmiyyətli idi. Əslində bizim kinonu bu cür çəkməyimizə səbəb budur", Dorota Kobiela əlavə edib.
Rejissorlar kinonu Polşada çəkməyə qərar veriblər. Çünki ölkənin rəssamları və incəsənət tələbələri yeddi ilə qədər vaxt sərf edərək bu sənətə yiyələniblər. Qdanskda yerləşən emalatxanada bir neçə rəssam eyni vaxtda fərdi şəkildə yağlı boya ilə kətan lövhə üzərində işləyirlər.
Original əsər yansıdılaraq kətan üzərinə əslinə tam oxşar şəkildə köçürülür və sonra ssenariyə uyğun olaraq səhnələr hər əlavə rəsm vasitəsilə yavaş-yavaş dəyişdirilir.
"Animator bu material və rəsm əsərlərini yansıdılan rəsmə görə bir əvvəlki şəkili indikinin üstünə qoyaraq çəkmiş kimi olur. Əsər hazır olduqdan sonra şəkli çəkilir və proses yenidən başdan başlayır. 12 rəsm əsəri tamamlandıqda bizim bir saniyəlik kino materialımız hazır olur", Piotr Dominiak bildirib.
Proses orijinal rəsm əsərlərinə həyat verir və kinonu sanki sənətkarın özü tərəfindən çəkildiyi hissini verir. Rejissorlara görə 80 dəqiqəlik kino üçün təxminən 57 min əllə çəkilmiş rəsm əsəri lazım olacaq. Onlar bu lahiyənin çətin olduğunu qəbul edir.
"Gün ərzində mən bizim bu işdən ilhamlandığımızı və heç kimsənin etmədiyi bir şeyi etdiyimizi düşünürəm. Biz bunun öhdəsindən gələcəyik və həmçinin düşünürəm ki, bu dəlilikdir. Ona görə də indiyədək heç kim rəsm əsərlərindən kino çəkməyə cəhd etməyib", Haq Uelçman vurğulayıb. Uelçman qeyd edib ki, bütün rəsmləri çəkmək təxminən bir il yarım vaxt alacaq və təxminən altı ay da kinonun çəkilişinə sərf olunacaq.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı