Azərbaycanlı məşhur gəlinindən nələr dedi: “Səhərəcən ərinin...”
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı məşhur gəlinindən nələr dedi: “Səhərəcən ərinin...”

Azərbaycanlı məşhur gəlinindən nələr dedi: “Səhərəcən ərinin...”

Meyxanaçı Samirə gəlinindən nələr danışdı. Publika.az-ın məlumatına görə, Samirə ANS-in efirində gəlini ilə yola getmədiyini deyib:

“Bircə oğlum var, onu evimdən çıxara bilmərəm. Altı sot həyətim var, 8 otaqlı evim. Mən də istəyirəm ki, gəlinim mənə qulluq etsin, toydan yorğun gələndə qabağıma çay qoysun, kürəyimi masaj eləsin. Amma görürəm ki, yox, gəlinə hörmət etdikcə qudurur. Başıma gəlib e bunlar”. Meyxanaçı xanım gəlininə hər şey almasına baxmayaraq yenə də gözünün doymadığını və buna görə əri ilə mübahisə etdiyini deyib: “Mən bir ayaqqabı alıb geyinmişəm, gecə səhərəcən ərinin başını xarab edib ki, ananın aldığı ayaqqabıdan mənə də almalısan. Hansı ki, mənə ona hər şey alıb geyindirirəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm