Küsülü müğənnilər 15 il sonra barışdılar - VİDEO
Bizi izləyin

Tabloid.az

Küsülü müğənnilər 15 il sonra barışdılar - VİDEO

İstanbulda Beşiktaş Bələdiyyəsi "sevgililər günü"ndə müğənnilər Kayahan və Nilufərin də iştirak etdiyi konsert proqramı hazırlayıb.

Axşam.az "Hürriyet"ə istinadən xəbər verir ki, müəllif hüquqlarına görə 15 ildir küsülü olan iki əfsanə ad konsertdə barışıblar.

Səhnəyə ilk çıxan Nilufərdən sonra Kayahanın həyat yoldaşı İpək Açar mahnılarını oxuyub. Bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan Kayahan isə səhnəyə tamaşaçıların alqışları altında çıxıb.

Ən sevilən mahnılarını oxuduğu anda Nilufər yenidən mikrofon önünə keçərək illərdir davam edən küsülülüyə son qoyub. O, Kayahan və həyat yoldaşı ilə duet mahnılar səsləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm