Nazir məşhur rəssamı mükafatlandırdı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nazir məşhur rəssamı mükafatlandırdı – FOTOLAR

Görkəmli rəssam Rafiq Əzizova mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən mükafat təqdim olunub.

Mükafat Prezidenti İlham Əliyevin 2014-cü ilin 18 dekabr tarixində “Əməkdar İncəsənət Xadimi” fəxri adı verilməsi haqqında imzaladığı sərəncamın icrası çərçivəsində təqdim olunub.

Publika.az-ın məlumatına görə, Rafiq Əzizov 1969-cı ildən İstanbul Yeditəpə Universitetində müəllim heyətinin üzvü vəzifəsində çalışır. 1983-cü ildən günümüzə qədər Türkiyədə və xarici ölkələrdə 30 qədər fərdi sərgi açııb, 50 qarışıq sərgilərdə iştirak edib və əsərləri hərracda satılıb. Onun Türkiyənin Dövlət Muzeylərində 155 ədəd tarixi mövzuda yağlı boya əsərləri var.

Qeyd edək ki, görkəmli rəssam Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO Rəssamlar İttifaqının üzvüdür.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm