“Eurovision”da çıxış etmək təklifinə... güldü
Bizi izləyin

Tabloid.az

“Eurovision”da çıxış etmək təklifinə... güldü

Xəbər verildiyi kimi, bu il Vyanada baş tutacaq “Eurovision” mahnı müsabiqəsində Avstraliya da çıxış edəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mayın 19-dan 23-dək davam edəcək mahnı müsabiqəsinin 60 illik yubileyi ilə əlaqədar Avstraliya da buraya dəvət alıb. Avstraliyanı müsabiqədə təmsil etmək 46 yaşlı Kayli Minoqa təklif olunub. Lakin Avstraliya əsilli dünyaşöhrətli ifaçı bu fikrə gülüb. Onun yaxınları deyib: “Kayli bildirib ki, həmin günü o, çox məşğul olacaq - başını yuyacaq”.

O da qeyd olunur ki, Kayli Minoqun “Eurovision” mahnı müsabiqəsində iştirakı üçün onun pərəstişkarları imza toplayır.

Pərəstişkarlardan biri deyib: “Bu, Avstraliya və avstraliyalının mahnı müsabiqəsində ilk və sonuncu çıxışı olacaq. Kayli ölkəmizin simvoludur və o, dünyanın ən yaxşı pop ifaçısıdır”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm