Röya: “Mən Anara layiq deyiləmmiş...” - FOTO
Bizi izləyin

Tabloid.az

Röya: “Mən Anara layiq deyiləmmiş...” - FOTO

O, çoxlarının səhnəyə gəlib, amma illərlə çata bilmədiyi zirvəyə yüksəldi. Bu qarabuğdayı, arıq bir qızın səhnənin ən parlaq simasına çevriləcəyi çoxları üçün gözlənilməz olsa da, səsi, sənətdə göstərdiyi cəsarəti onu ulduza çevirdi. Onu sevən toplum əsasən gənclərdən ibarət olsa da, yaşlı nəsil də onu sevir, dinləyir. Tanınmış xanəndə və pedaqoq, xalq artisti Mənsum İbrahimov onun səsinin estrada səhnəsində seçilən, fərqlənən səs tembri kimi xarakterizə edir. Məşhur xanədə deyir ki, “onu fərqləndirən, ilk növbədə, səs tembridir. Səs tembri fərqli və ürəyəyatandır. İkincisi də, ifa qabiliyyəti güclüdür”. Çox sənətçinin röyasında belə görə bilmədiyi səhnə həyatını gerçəyə çevirdi Röya! Röyadan müsahibə alan zaman gözlərində kədər gördüm. Şəxsi həyatı ilə bağlı sualları cavablandırarkən gah kövrəldi, gah balaca uşaq kimi oldu Röya. “Mənim başqa ərim olmayacaq” deyən Röyanı çox incitmək istəmədim, söhbəti yekunlaşdırdım.

Publika.az Röyanın atvxeber.az-a eksklüziv müsahibəsini təqdim edir.


- Röya xanım, necəsiz?

- Çox yaxşı. Təşəkkür edirəm.


- Türkiyədə işləriniz necədir?

- Türkiyədə, həm də ki Bakıda işlərimi görürəm. Şükür, hər şey yaxşı gedir. Cəmi 3 mahnımız qalmışdı, oxumalı idim. Oxudum və sonra qulaq asdım ki, ikisini bəyənmirəm. Həmin iki mahnını təzədən oxudum, lentə aldırdım. Mart ayı üçün həm verilişim, həm də ki İstanbulda olan yeni layihəm işıq üzü görməlidir.

- Yeni verilişiniz olan “Röya show” barədə bir az oxucularımızı məlumatlandırardınız.

- Mən neçə illərdir ki, bunu istəmişəm. Hər dəfə bir problem çıxırdı və bu istəyim müəyyən müddətlik təxirə salınırdı. Efirə tez-tez çıxmaq istəmirdim. Amma öz dostlarım idi deyə, imtina edə bilmirdim. Sonra yavaş-yavaş "yox" deməyi öyrəndim və buna alışdım. Amma indi anlayıram ki, həftədə bircə dəfə verilişim olsa, hər kəsə xoş olar. Həm də mən mənfi enerjili qadın deyiləm. Düşünmürəm ki, ay mənim barədə nə deyərlər, nə danışarlar. İstəyirəm ki, qarşımdakının əhvalı xoş olsun. O ,mənim haqqımda nə düşünəcək - bax məni maraqlandırmır.

- Ancaq belə deyirlər ki, Türkiyə şou-biznesinə qatılmağa dəyməz...

- Bilirsən, Əfruzə, biz heç hara qatılmırıq. Sadəcə yerində saymaqdan tükənirsən. İstəyirsən, nəsə yenilik edəsən, başqa yerlərdə də iş görəsən. Mənim Gülşənlə münasibətim var. Bu insan bir həftə İstanbulda ola bilmir. Adana, Ankara, İzmir gəzir... Hər biri də Türkiyənin içidir, heç də uzaq deyil. Bizdə cəmi Bakıdır. 20 illik azad ölkəyik. Biz başqa yerdə iş görürüksə, bu qatılmaq deyil, sadəcə yerimdə saymıram. Mən ulduz oldum, ildə bir neçə konsert verdim, nə mahnı oxuyuram, hit olur, ayda bir neçə verilişə çıxıram, bəs sonra nə edim? Mənim də axı içimdə enerjim var və onu necəsə çıxartmalıyam.


- Bəs siz həmin enerjini hansı səmtə yönəldirirsiniz?

- Mən həmin enerjini ya narkotikə, ya içkiyə, ya da ki, yaxşı bir işə sərf etməliyəm. Mən üçüncünü seçmişəm və öz yolumdayam. Düşünürəm ki, incəsənətdə ən yaxşı işləri görən qızam. Allah məni o gündən qorusun ki, meylimi narkotikə, içkiyə salım.


- Sonerlə konsert olacaq. Nə var planda?

- Bəli. Soner azərbaycanlıdır, sevgi dolu bir insandır. Ayın 8-i konsertdir. Mən inanıram ki, o da, mən də qadınlara çox pozitiv enerji verəcəyik.


- Röya xanım, bir az şəxsi həyatdan danışaq. Ola bilərmi ki, həyatınızda ikinci evlilik olsun?

- Düşünmürəm. Amma həyat mənə elə dərslər verdi ki, mən heç vaxt etmərəm, bilmirəm sözlərini demərəm. Amma mənim heç vaxt ikinci ərim olmayacaq.


- Niyə? “Zaman hər şeyi unutdurur” deyirlər...

- Yox. Mənim ərim bir nəfər idi. Oldu və bitdi. Vəssalam. Ondan başqa heç kəsi istəmirəm.


- Birdən Anar bəyin həyatında ikinci evlilik olsa, nə hiss edərsiniz?

- Xoşbəxt olsun. O, məndən qat-qat artıq adam idi. Mən ona layiq deyiləmmiş...


- Çox sağ olun, uğurlar.

- Siz çox sağ olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm