"Mavi" olduğu barədə söz-söhbətlərə evlənməklə son qoydu – FOTOLAR
Bizi izləyin

Tabloid.az

"Mavi" olduğu barədə söz-söhbətlərə evlənməklə son qoydu – FOTOLAR

O, məşhur aktyor və feministdir. Cozef Qordon-Levitt nadir kişi aktyorlarından biridir ki, qadınlara bərabər hüquqlar tələb edir.

Publika.az “Bizim tərcümə” layihəsində fevralın 17-də 34 yaşını qeyd edən Hollivud aktyorunun həyat hekayəsini təqdim edir.

Cozef Leonard Qordon-Levitt 1981-ci ildə Cənubi Karolinada yəhudi ailəsində dünyaya gəlib. Onun atası radioda aparıcı, babası isə Hollivudda rejissor kimi çalışıb. Cozef hələ uşaqkən babası vəfat edib, lakin bununla belə, kino sənətinə maraq ona gendən keçib. Dörd yaşı olarkən teatrda çıxış edib. Onun istedadını aşkar edən agentlər Cozefi reklam və televiziya şoularında iştirak etməyə dəvət ediblərr. O, artıq 6 yaşında serialda çəkilmək üçün rol alıb.

Beləcə, getdikcə yeni rollara dəvət alan Cozef “Qara cəngavər”, “Başlanğıc”, “Yayın 500 günü” kimi filmlərdə çəkilib. Lakin o, indiyədək bir dəfə də olsun, çəkildiyi filmləri sonadək izləməyib. Cozef özünü ekran başında görməkdən utanır: “Bu, sanki kitabı xatırladır. Mənsə bir kitabı nadir hallarda sonadək oxuyuram. Adətən əsəri oxuyanda “Evrika!” deyərək qışqıra biləcəyim məqama çatdıqdan sonra kitaba olan marağım azalır”.

İndi isə amerikalı sabiq kəşfiyyatçı Edvard Snoudenin bioqrafiyası əsasında çəkilən filmdə baş rolda iştirak edir.

Onun çəkildiyi filmlərin süjeti maraqlı, janrı və üslubu müxtəlifdir. Adamda elə təəssürat yaranır ki, Cozef özünü sanki bütün rollarda sınamaq istəyir. Çılğın yeniyetmə kimi böyüyən Cozefin jurnalistləri görən gözü yoxdur.

O, “Günəşdən üçüncü planet” serialından sonra kino aləmini tərk edərək universitetə daxil olub. Karyerasında 4 il fasilə verən Cozef təhsil aldığı illərdə əsl Fransaşünasa çevrilib.

Cozef hesab edir ki, həyatının ən düzgün qərarı Kolumbiya universitetində təhsil almaq üçün Nyu-York şəhərinə köçmək olub. Düzdür, o, universiteti bitirməyib, çünki Cozef universitetdə 4 il oxuduqdan sonra biliklərini praktikada tətbiq etmək istəmədiyini anlayıb.

Əvəzində isə, Cozef yaxşı bir kinoya çəkilmək qərarına gəlib. “Kərpic”, “Killer” kimi filmlərdən sonra ona “yeni minilliyin ulduzu” adı verilib...

Cozef aktyorluq və məşhurluq məfhumunu bir-birindən ayırır. Məsləhət üçün onun yanına gələn insanlara Cozef belə cavab verir: “Sən aktyor olmaq istəyirsən, ya məşhur olmaq? Əgər məşhur olmaq istəyirsənsə, bu haqda anlayışım yoxdur. Yəqin ki, onun üçün zəngin doğulmalısan”.

Onun fikrincə, aktyor olmaq elə də çətin deyil. Axı Cozefin əsrarəngiz təbəssümü var. Sadəcə, hər hansı bir xüsusiyyətində yadda qalmalısan. Cozef də elə bu təbəssümü ilə rejissor heyətini ələ almaqla yanaşı, qadınların da qəlbini fəth edə bilib...

Cozef dünyanın müxtəlif bölgəsində yaşayan incəsənət adamlarına stimul vermək üçün özünün “HitRecord” prodüser şirkətinin əsasını qoyub. Rəssamlıq, ədəbiyyat, musiqi fəaliyyəti ilə məşğul olan insanları öz ətrafında toplayaraq, onlara hər cür yardım etməyə hazırdır.

Cozef hər zaman şəxsi həyatını məxfi saxlamağa çalışıb. O, “Mən kifayət qədər darıxdırıcı insanam” deməklə jurnalistlərdən can qurtarmağa çalışır. Onun asudə vaxtında nə ilə məşğul olduğu da məlum deyil. Aktyor haqqında bir-iki məlumatı çıxmaqla çox şey məlum deyil. Məsələn, bəllidir ki, Cozef gitarada ifa edir, fransız poeziyası və tarixi ilə maraqlanır, öz saytına videolar yerləşdirməyi və... tiryək çəkməyi xoşlayır.

Cozefin sevgi həyatı barədə çox söz-söhbətlər çox gəzib. Amma yenə də, o, mümkün qədər suallardan qaçmağa və şəxsi həyatını gizləməyə cəhd edir... Cozef planetin ən həsəd aparılan subay kişilərindən biri hesab olunurdu. Bəli, olunurdu, çünki keçən ilin dekabrında onun rəfiqəsi Taşa MakKoli ilə ailə həyatı qurması haqda xəbərlər yayıldı. Bununla da Cozefin mavi olması haqda gəzişən söz-söhbətlərə son qoyuldu. Xatırladaq ki, 2013-cü ildə aktyor bu kimi söhbətlərdən bezərək, şəxsi həyatı ilə müsahibə verməli olmuşdu. O, heç bir əlavə məlumat vermədən bəyan etmişdi ki, qadınla görüşür və onun kimliyini heç kimə bəyan etməyəcək.

“Sevdiyim qadın var və onun istəyi ilə kimliyini sizə deməyəcəyəm”

Cozef şou-biznesə heç bir bağlılığı olmayan qadınla elə xudmani toy mərasimi təşkil edərək evlənib.

“Mən hər insana doğulub boya-başa çatdığı şəhəri tərk etməyi məsləhət görərdim. İş ondadır ki, sən öz həyatını yenidən qurursan və sənin həqiqətən kimliyini göstərə biləcək insanlar yanında yoxdur. Yanında heç kim yoxdur və sən kim olmaq istədiyinə özün qərar verə bilərsən...

Filmdə seksual səhnələri sözlə müşayiət etməyə xüsusi ehtiyac yoxdur. Əslində, heç burada bir məna da yoxdur: biz istəyirik ki, bu iki adam çılpaq olsun, gəlin işıqları söndürək və musiqini qoşaq...

Əvvəllər aktyorlar məşhur adam olmayıblar. Yüz il bundan əvvəl isə teatr binası fahişəxanaların yaxınlığında yerləşərdi. Aktyorlar həm də kasıb idilər. O vaxt yalnız kral və kraliçalar məşhur idi. Sonra isə ABŞ monarxiyanı ləğv etdi, öz populyarlıq statusunu şou-biznesə ötürdü. Pisləmək istəmirəm, lakin məşhur insanlar və şou-biznes haqqında olan məqalələr bizim ölkədən, Hollivuddan çıxır. Və məncə, bu, ağıllı fikir deyil. Çünki dünyada baş verən pisliklərin çoxunun səbəbkarını məhz burada görürəm. Məşhur olmaq istəyi paxıllıq, eqoistlik hisslərini artırır və kiminsə səndən yüksək pillədə olması və çox pul qazanmasını qəbul edə bilmirsən. Məni düzgün anlamayın. Kinonu sevirəm və məşhurlar haqqında danışdıqlarımın kinoya aidiyyəti yoxdur”.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm