• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nisə Qasımovadan şok etiraf: “Kiminsə sevgilisi olmalıydım”

Nisə Qasımovadan şok etiraf: “Kiminsə sevgilisi olmalıydım”

Xalq artisti Nisə Qasımova efirdə göz yaşlarına hakim ola bilməyib.

Publika.az-ın məlumatına görə, müğənni ATV-nin “Səbəbkar” verilişində gənc ikən şəxsi həyatında ona zərbə vuran həmkarlarından danışıb:

“Vaxtilə mənə zərbə vurmaq istəyənlər o qədər çox idi ki, onlarla mübarizə aparmağa gücüm yox idi. Rayonlara qastrollara gedirdik, mehmanxanada qalırdıq. Məni ləkələmək üçün əllərindən gələni edirdilər, amma buna nail ola bilmirdilər. Hətta adımı “xuliqanka” qoymuşdular. Bilirsiniz niyə? Otağımın qapısını döyüb içəri girmək, mənə eşq elan etmək istəyənlər vardı. Məqsəd də mənə əxlaqsızlıq damğası vurmaq idi. Elə gün olurdu ki, səhərədək gözümü qırpmadan qapıya baxırdım. Elə bilirdim kimsə içəri girəcək. Həddini aşan adamı vururdum, buna görə mənə “xuliqanka” deyirdilər. Mütləq əxlaqsız olmalıydın, kiminsə sevgilisi olub, başqasının ailəsini dağıtmalıydın. Amma mən axıradək əxlaqımı qoruyub saxladım”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR