• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Zorik: “Natəvan Həbibidən üzr istəyirəm” - AUDİO

Zorik: “Natəvan Həbibidən üzr istəyirəm” - AUDİO

Prodüser Zöhrab Ağayev (Zorik) müğənni Natəvan Həbibidən üzr istəyib.

Publika.az xəbər verir ki, prodüser onun barəsində işlətdiyi “erməni” ifadəsinin yanlış olduğunu bildirib:

“Məhkəmə araşdırması zamanı mən Zöhrab Sahib oğlu Ağayevə məlum oldu ki, Nətavan Şamil qızı Həbibova soy-kökü baxımından Azərbaycan milliyətinə mənsub şəxsdir. Onun milliyətcə erməni əsilli olması barədə tərəfimdən yayılmış məlumatlar yalnışdır. Şəxsin soy-kökü ilə bağlı ifadə etdiyim yalnış məlumata və ona qarşı işlətdiyim təhqiramız ifadələrə görə Nətavan xanım Həbibovadan üzr istəyirəm”.

Qeyd edək ki, Zöhrab Ağayev müğənninin milliyyətcə erməni olduğunu iddia etsə də, məhkəmədə bununla bağlı ortaya heç bir fakt qoya bilməmişdi. Məhkəmədə Natəvan Həbibovanın (Natəvan Həbibi) Azərbaycan millətinə mənsub olması təsdiqlənmişdi və prodüserin ondan üzr istəməsi barədə qərar çıxarılmışdı.

Show.az-a istinadən prodüserin dediklərinin audioyazısını təqdim edirik.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR