Mələkxanım Əyyubova Qırğızıstanda konsert verəcək
Bizi izləyin

Tabloid.az

Mələkxanım Əyyubova Qırğızıstanda konsert verəcək

Martın 17-də Bişkek şəhərində Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyasında Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək.

Publika.az-ın məlumatına görə, tədbirdə xalq artistləri, xanəndə Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov və kaman ustası Fəxrəddin Dadaşov iştirak edəcək.

Tədbir Qırğızıstan Respublikasındakı səfirliyimizin təşəbbüsü ilə baş tutacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm