Məktəblərdə seks dərsi
Bizi izləyin

Tabloid.az

Məktəblərdə seks dərsi

"İngiltərədə bütün ibtidai və orta məktəblərində seks və əlaqələr barədə dərslər keçirilməlidir".

Publika.az-ın məlumatına görə, belə bir tələblə İngiltərə parlamentinin təhsil komitəsinin sədri Graham Stuart çıxış edib.

"Gənclərin onları qoruyacaq məlumata sahib olmaq hüququ var", - komitənin sədri bildirib.

Onun hazırladığı hesabata əsasən şəxsi, sosial, səhiyyə və iqtisadi təhsil (PHSE) fənninə qanunla müəyyən edilmiş status verilməlidir. Hazırda isə fənnin statusu ilə bağlı qeyri-müəyyənlik mövcuddur.

Komitənin hesabatında qeyd olunur ki, ibtidai məktəblərdə seks və əlaqələr barədə dərin məlumat verilməli deyil, yalnız tədris planının şərtləndirdiyi elementar bioloji cəhətlərini izah edilməlidir. Komitə həmçinin qeyd edib ki, bu fənnin hüquqi statusunun olmamasına görə o, tez-tez kənarlaşdırılır, müəllimlərə isə davamlı peşəkar təlimlər verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm