Aydın Mirzəzadə: “Elnur Azərbaycan gənclərinin kumiridir”
Bizi izləyin

Tabloid.az

Aydın Mirzəzadə: “Elnur Azərbaycan gənclərinin kumiridir”

Millət vəkili Aydın Mirzəzadə “O ses Türkiye” yarışmasında qalib olmuş Elnur Hüseynovdan yazıb.

Publika.az xəbər verir ki, millət vəkili sosial şəbəkədə paylaşdığı statusda bu qələbənin Azərbaycan-Türkiyə birliyinin qələbəsi olduğunu və hər kəsi ruhlandırdığını qeyd edib:


“Elnurun qələbəsi hamımızın qələbəsidir. Dünən tanınmış Azərbaycan müğənnisi, gənclərimizin kumiri Elnur Hüseynov Türkiyədə keçirilən “O səs Türkiyə”nin final gecəsində səhnəyə çıxdı. Ebru Gündeşin komandasında yarışan Elnur bu dəfə “O Sole Mio” opera əsərini səsləndirib. Həmyerlimizin rəqibi Kaya Aslantepe olub. Elnur tamaşaçı səsverməsi nəticəsində ən çox səs toplayaraq “O səs Türkiyə”nin qalibi adına layiq görülüb. Afərin, Elnur. Gənc istedadımızın qələbəsi hamımızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi. Bu, Elnurun istedadının, musiqi duyumunun, səhnə mədəniyyətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun, Azərbaycan səsinin xaricdə də məmnuniyyətlə dinlənməsinin qələbəsi idi. Bu, ən əsası Azərbaycan-Türkiyə birliyinin qələbəsi, Azərbaycan və türk xalqlarının qardaşlığının, bir-birinə məhəbbətinin qələbəsi idi. Biz birlikdə güclüyük. Həmişə qələbələrdə!”

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm