Bəyimxanımdan təzə xəbər – FOTO
Bizi izləyin

Tabloid.az

Bəyimxanımdan təzə xəbər – FOTO

Muğam ifaçısı Bəyimxanım Vəliyeva musiqisi Tahir Əkbərin, sözləri Sona Vəliyevanın olan “Arazbarı” adlı əsəri ifa edib.

Bəyimxanım bu əsəri həmkarı, muğam ustası Ehtiram Hüseynovla birgə ifa edib.

Publika.az-ın məlumatına görə, əsərdə bölünən torpaqlardan və xalqımızın yaşadığı faciələrdən söhbət gedir. “Arazbarı”nın əvvəlində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı əsərindən bir parça da səslənib.

Burada muğam olduğu kimi, bədii qiraət də yer alıb. Bunu isə xalq artisti İlham Əsgərovla şairə Sona Vəliyeva səsləndirib. “Arazbarı”da tar alətini əməkdar artist Malik Mansurov, kamança alətini isə əməkdar artist Elşən Mansurov səsləndirib. Ümumilikdə adıçəkilən əsərdə 10 nəfərdən ibarət xor iştirak edib.

İndi isə xanəndə bu əsərə ekran həyatı verir. Bəyimxanım mediaya açıqlamasında deyir ki, “Arazbarı”nı çəkən rejissor Bəxtiyar Qaraca və onun assisenti Kəmalə xanımdır: “Klipin bağlı məkanda nəzərdə tutulan çəkilişləri artıq başa çatıb. İndi qalıb rayon çəkilişləri. Yaxın günlərdə çəkilişləri davam etdirmək üçün Sabirabada yollanacağıq. Orada suyun qovuşan yerində Kürün qırağında çəkəcəyik. Bu əsərdə əməyi keçən hər kəsi elə klipdə də görəcəksiniz. Bu, balaca bir mahnı deyil. Böyük musiqi əsəridir. Təxminən 10 dəqiqəni əhatə edir”.

İfaçı qeyd edir ki, “Arazbarı” əsərinin təqdimat mərasimi mart ayına planlaşdırılır.

Onu da vurğulayaq ki, xeyli zamandır yaradıcılığında durğunluq yaşayan xanəndə bundan sonra daha ciddi yaradıcılıq işləri ilə məşğul olacaq: “Artıq sanki ikinci nəfəslə sənətə başlayıram. Tamaşaçılarım yeni əsərlər, mahnılar, layihələr və konsertlər gözləsinlər”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm