• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Türkiyənin ən məşhur sürücüsü, qabyuyanı, həkimi və xidmətçiləri

Türkiyənin ən məşhur sürücüsü, qabyuyanı, həkimi və xidmətçiləri

Bir vaxtlar onları yaxınlarından başqa heç kim tanımırdı. Biri sürücü, biri təsərrüfatçı, biri əkinçi idi. Bəzisi kinostudiyada bələdçilik edir, bəzisi marketinqlə məşğul olurdu. Hətta içlərində biri var ki, yarmarkalarda tərəvəz satırdı. Sonradan dünyanın ən məşhur və çox qazanan modellərindən biri oldu.

Publika.az məşhurların ilk peşələri haqqında maraqlı məlumatı təqdim edir:

Məşhur rejissor Şahin Özer qonağı olduğu “Söylemezsem Olmaz” proqramında Esra Erolun illər öncə onun şirkətində işlədiyini söyləyib.

“Esra Erol şirkətimin xalqla əlaqələr müdiri idi. Hətta aparıcısı olduğu ilk proqramı yayımlanan kanalın sahibinin yanına onu mən göndərdim. “Mənim qızım aparıcı olmaq istəyir” dedim. Esranın xüsusi qabiliyyətləri olduğunu və bunları ortaya çıxarmağın zəruriliyini bildiyim üçün televiziya sahibi olan dostumla görüşdüm... Esra Erorlla qürur duyuram. Məni nə vaxt görsə, qucaqlayıb üzümdən öpür. “Bir əmrin varmı, ağabəy?” deyə soruşur. Esra öz övladım kimidir”.

Bu bığlı şəxs, şübhəsiz ki, bir çoxunuza tanış gəlmir. Ancaq bir neçə ildir, həm Türkiyədə, həm də dünyada çoxları onun filmlərini izləyir.

Ercan Kesal əslində bir həkimdir, eyni zamana, Özel Okmeydanı xəstəxanasının da təsisçisidir. Yəni xəstələri onsuz da onu tanıyırdı. Ancaq Kesalın Kann Film Festivalının məşhur qırmızı xalısı üzərində addımlaması aktyorluğu ilə bağlı oldu.

Bəli, xüsusən Nuri Bilge Ceylanın filmlərindən xatırlayacağınız Nazan Kırılmış Kesalın həyat yoldaşı olan Ercan Kesal eyni zamanda bir aktyordur. 1959-cu ildə dünyaya gələn Kesal ilk dəfə baş rola çəkildiyi vaxt 50 yaşında idi.

Daha sonra “Vavien”, “Albatrosun Yolculuğu” kimi filmlərdə oynayan Kesal eyni zamanda ssenari də yazır.

Kesalın ilk aktyorluq təcrübəsi yenə Nuri Bilge Ceylanın çəkdiyi “Uzak” filmində olub.

Kesal son dəfə yenə Nuri Bilge Ceylanın “Bir Zamanlar Anadolu” adlı filmində oynayıb. Hətta bu filmdəki performansı ona “SİYAD” mükafatlandırmasında qazandığı ən yaxşı kişi aktyor mükafatı gətirib. Kesal filmin ssenarisini də Ebru və Nuri Bilge Ceylan ilə birlikdə yazıb.

Natalia Vadianova hazırda ən məşhur manekenlərdən biridir. Ancaq illər öncə yaşadığı evin yaxınlığındakı bazarda meyvə-tərəvəz satıb.

Atası kiçik yaşlarında onları tərk etdiyindən anası ilə birlikdə babasının yanında yaşamağa başlayan Vadianova pul qazanmaq üçün Nijniy Novqorodda ticarətlə məşğul olarkən bir reklam agentliyi tərəfindən kəşf edilib.

Moda dünyasına çox sürətli daxil olan maneken sonra zəngin bir ingilislə evlənib, üç uşaq anasıdır. Vadianova bir müddət öncə həyat yoldaşından ayrılıb. Onun kasıb vaxtları isə artıq geridə qalıb.

Aynasına “Darıca Bələdiyyəsi” yazılmış avtobusun qarşısında şəkil çəkdirən adam sizə tanış gəlirmi? Bu məşhur sürücü Şükrü Koruyucudur. O, eyni zamanda, Türkiyədə ən çox izlənən seriallardan birinin aktyor heyətində yer alır.

Koruyucu uzun müddətdən sonra yenidən çəkilməyə başlanan “Çocuklar Duymasın” serialında epizodik rollardan birini ifa edir. O, Alparslan Özmolun ifa etdiyi Çaycı Hüseyn obrazının ən yaxın dostu Şükrünü canlandırır.

Koruyucu serialın rejissoru olan Birol Güvenin şirkətində işləyirmiş. Çaycı Hüseynin yanında çəkiləcək cüssəli birini axtarılırmış, bu zaman Güvenin ağlına o gəlib.

O, serialın əvvəlki sezonda yayımlanan seriyalarında da oynayıb. Serial bitdikdən sonra da Darıca Bələdiyyəsində sürücü kimi işləməyə başlayıb. Darıcaspor futbol komandasını oyunlara aparıb-gətirən avtobusu sürür.

Serialda çəkilən zaman kamera qarşısına keçir, işi bitincə də sürücülüyə davam edir.

Dediyinə görə, tanınmaqdan şıkayətlənmir. İnsanların yanına gəlib onunla söhbət etməsindən xoşu gəlir.

“Çocuklar Duymasın” serialının məşhurlaşdırdığı şəxslərdən biri də Fısfıs İsmail obrazını canlandıran Süleyman Yağcıdır.

İllərdir təcili yardım maşınının sürücüsü olan Yağcı əslində “Çiçek Taksi”, “Tatlı Kaçıklar” kimi bəzi seriallarda kiçik rollara çəkilirmiş. Ancaq o da özünü Türkiyəyə “Çocuklar duymasın” serialındakı Fısfıs İsmail obrazı ilə tanıdıb. Serialın sezon bölümləri bitdikdən sonra yenə sürücülüyə qayıdıb. Hazırda yenə “Çocuklar Duymasın” serialında çəkilməkdədir.

Son vaxtlar arabesk musiqi dünyasında adı çəkilən Hasan Yılmazın hekayəsi də sözün həqiqi mənasında film mövzusu ola bilər.

Kastamonunun Taşkörpü qəsəbəsində dünyaya gələn Yılmaz ailəsi ilə birlikdə İstanbula köçüb. Öncə tekstil sexində işləməyə başlayıb. Əsgərlikdən sonra qardaşları ilə birlikdə yük maşını alaraq, sürücülük etməyə başlayıb. Yaşadığı bir avtomobil qəzasından sonra əli bu işdən soyuyan Yılmaza gözlənilməz yerdən qapı açılır.

Tarabyada kafeyə, bir dostunu dinləməyə getdiyi zaman qonaq kimi səhnəyə çağırılır. Həmin gecə orada olan bir prodüser öz kartını Yılmaza verdikdən sonra həyatı birdən-birə dəyişir.

“Çok Güzel Hareketler Bunlar” ilə ulduzu parıldayan Ersin Korkutun həyatı da film qədər maraqlıdır. Yaşadığı Hakkaridə taksi sürücülüyü olan Korkut evdən qaçaraq İstanbula gəlib. Öncə Merterdə bir pizza salonunda qab yumaqla məşğul olub. Həmin vaxtlarda əmisi oğlu Yılmaz Erdoğan ona zəng edib “madam ki, qab yuyursan gəl burda yu” deyə yanına çağırır. Bundan sonra Beşiktaş Kültür Mərkəzinə geden Korkut teatrın qapısından içəri çətinliklə girə bilib. Mühafizəçilər onu içəri buraxmaq istəməyiblər, hətta Yılmaz Erdoğanın qohumu olmaq da bir işə yaramayıb. Çətinliklə içəri girən Korkut öncə bufetdə işə başlayıb.

Ünsiyyətcil olması, özünə xas ləhcəsi ilə qısa müddətdə hamının sevimlisinə çevrilib.

“Çocuklar Duymasın” serialında oynayan Mehmet Auf da əslində aktyorluqdan çox fərqli bir sahədə təhsil alıb. ODTU mühəndislik fakultəsindən məzun olduqdan sonra akademik fəaliyyətə başlayaraq, Kaliforniya Politexnik Universitetində magistrlik oxuyub. Türkiyəyə qayıtdıqdan sonra da akademik fəaliyyətini davam etdirən Mehmet Auf OTDU iqtisadi və idarəçilik elmləri fakültəsində Biznes sahəsində MBA oxuyub. Karyerasına OTDU-də müəllimlik edərək başlayan Mehmet Auf daha sonra Bilkent Universitetində dərs keçməyə davam edib. Bir müddət sonra isə Toplu Konut İdarəsinde sədr məsləhətçisi vəzifəsini icra edib. Onu bu sahədə çox adam tanıyır, amma serial qəhrəmanı kimi məşhurdur. “Çocuklar Duymasın” serialında həm ssenari məsləhətçiliyi, həm də aktyorluq edir.

Neslihan Kavakçı da Sinan Çetin tərəfindən kəşf olunaraq bir çay firmasının reklam filmində çəkilənənədək yaxınlarından başqa heç kimin tanımadığı bir ev xanımı idi. “Doğuş Çay” reklamlarında oynayan Kavakçının həyat yoldaşı eyni firmada anbar işçisi və servis sürücüsü idi. Reklam filmi üçün adam axtarıldığı vaxt şirkətin satın alma müdiri Kavakçının şəklini görüb, onun həyat yoldaşına müraciət edib.

Öncə işi bacara bilməyəcəyindən qorxan Kavakçı sonra təklifi qəbul edib. Rizeli olduğu halda orda böyüməyən Neslihan Kavakçı bu reklam filmi sayəsində qısa müddətliyinə də olsa, bütün Türkiyədə tanınıb.

Türkiyə “Evin Ana”sını öncə siyasət meydanında tanıyıb. Daha sonra o da reklam filmlərinin populyar siması olub.

Əsl adı Gönül Çil olan Evin Ana bir marqarin yağı firmasının reklamında oynayıb. O vaxt çox populyar olan Gönül Çil artıq ortalıqda bir o qədər də görünmür, ancaq o, “Evin Ana” kimi televiziya tarixinə keçib.

Ayşe Elmacı da əslində kartof təsərrüfatı ilə məşğuldur. Bəlkə də, bir çipsi firmasının onu kəşf edərək kamera qarşısına keçirdiyi vaxtadək bir gün bir reklam filmində çəkiləcəyi ağlına belə gəlməyib.

Ayşe Teyze “Yiyin gari” deyərək onu tanımayan milyonlarla insanın qəlbini fəth edib.

TRT-də yayımlanan “Bahar Dalları”ı serialı ilə tanınan Gülben Dudarık da “şansının üzünə gülməsindən” sonra məşhur olanlardandır. Onun həyatı 2003-cü ildə tamamilə dəyişib. O, vaxtlar bir kosmetika firmasının məhsullarını satıb. İşlədiyi firmanın keçirdiyi ən gözəl üz yarışmasında bəxtini sınamaq üçün iştirak edib. Yarışda birinci olduqdan sonra isə həyatı dəyişib. Yarış üçün gəldiyi İstanbulda təkbaşına yaşamaqdan qorxduğundan təkrar Adanaya qayıdıb. Üzv olduğu bir agentlikdən xəbər gözləməyə başlayan Dudarık üç ay sonra gözlədiyi bir serialda çəkilmə xəbərini eşidib. Nəhayət, Dudarıkın xəyalları gerçəkləşib. Üstəlik serial yaşadığı şəhər olan Adana da çəkilirdi. Gənc ulduzun aktrisalıq həyatı daha sonra “Baba Ocağı”, “Bitmeyen Şarkı”, “Beyaz gelincik”, “Bahar Dalları” kimi seriallara çəkilməklə davam edib. Dudarık son dəfə “Anneler ve Kızları” serialı ilə ekranda görünüb.

“Kavak Yelleri” serialı ilə ulduzu parıldayan Pelin Karahan aktrisalıq həyatına necə başladığından özü belə danışır:

“Yaxınlarım “Pelin, üzün çox gözəldir. Bir reklam agentliyinə müraicət et, ən azından reklama çəkilərsən” deyirdi. Özüm bunu heç istəmirdim. Ancaq İstanbuldakı çətin həyat şəraiti qarşısında məcbur qalıb, bir agentlikdə qeydiyyatdan keçdim. İlk reklam filmimi Çağan Irmak çəkdi. Onunla başlamaq böyük şansdır. Agentlikdən zəng vurub görüşmək istədiklərini söylədilər. Görüşə getdim. “Musiqiylə məşğul olursan?”, “Məktəblisən?”, “Hər hansı bir musiqi alətində ifa edə bilirsən?”, “İdmanla məşğulsan?” kimi suallar verirdilər. Mən də bütün suallara “yox” cavabı verirdim. Orda aralarında çox gözəl bədən quruluşuna sahib manekenlər də olmaqla çox sayda insan var idi. Onlara baxdıqca heç şansımın olmayacağını düşündüm”.

Həm təcrübəsiz, həm də bəstəboy olduğu üçün seçilməyəcəyini düşünən Karahan bir müddət sonra ciddi qəbul olunduğunu anlayıb. Nəhayət, serialdakı Aslı rolu ona verilib. Bu rol sayəsində, bəlkə də, xəyalını belə qurmağa cəsarət edə bilməyəcəyi şöhrətə nail olub.

Bir sığorta şirkətinin yayımlamağa başlar-başlamaz milyonlarla insanı duyğulandıran reklamı 57 yaşlı təqaüdçü Sebahattin Bayraktutarın da həyatını dəyişdirib. Təqaüdə çıxdıqdan sonra isitmə sistemləri işi ilə məşğul olan Bayraktutar düz 9 uşaq atasıdır. Bu reklamla həyatının necə dəyişdiyindən danışan Bayraktutar “Həmişəki kimi işlərimi bitirdikdən sonra Ərzincan kapıdakı bir kafedə otururdum. Bir xanım gəlib “Axtardığımız sima sənsən. Bir reklam çəkəcəyik, çəkilmək istəyərsən?” dedi. Mən də qəbul etdim. Daha sonra Evrenli Köyünə getdik. Burada çəkilişlər aparıldı. Nə etməli olduğumu söylədilər. Mən də təbii halımla oynadım. Reklama görə 500 lirə verdilər. Digər iştirakçıların hərəsinə də 50 lirə verdilər. Mən də nə baş verdiyini anlamadım, təəccübləndim. Yenə bu cür reklam olsa, məmnuniyyətlə çəkilərəm”.


Sebahattin Bayraktutar qısa müddətə də olsa, məşhur olmağın dadını çıxaranlardandır.

“Yaprak Dökümü” serialı ilə məşhurlaşan Nihat Alptuğ Altınkaya 17 yaşında gecə klublarından birində mühafizəçi işləməyə başlayıb. Bir gün İstiqlal prospektində gedərkən bir agentliyin sahibi arxasından qaçaraq onu saxlayır. Altınkaya o anın həyatını dəyişdirəcəyinin, bəlkə də, fərqində belə deyildi. “Səni çəkə bilərik?” sualına müsbət cavab verən Altınkayanın həyatı bundan sonra dəyişir. Bir həftə sonra Funda Ararın klipi üçün təklif gəlir. Daha sonra seriallarda çəkilməyə başlayır.

Məşhurların meneceri kimi tanınan Stelya Pipisin kəşf edilmə hekayəsi də maraqlıdır. O, İstanbulun Harbiye səmtində bir yeməkxanada işləyirdi. Onu kəşf edən isə oranın daimi müştərilərindən məşhur aparıcı Çiğdem Tunc oldu. O, şən zarafatları ilə diqqət çəkən Pipisi o vaxtkı iş yoldaşı Mehmet Ali Erbil ilə tanış edib. Erbil ilə öncə dost olan Stelya Pipis daha sonra həm məşhur şoumenin, həm də Seda Sayanın meneceri oldu. Ondan sonra da bu sahədəki karyerasında sürətlə yüksəldi.

Bu gün ən az geyim tərzi qədər qəribə mahnıları ilə tanınır Hande Yener. Onun da sənətə gəlişi çox maraqlıdır. Hande Yener müğənni olmaq xəyalını gerçəkləşdirə bilməyincə bir mağazada satıcılıq etməyə başlayıb. Yenerin həyatı işlədiyi mağazaya Hülya Avşarın gəlməsi ilə dəyişib. Avşar onu kəşf etdikdən sonra Sezen Aksu ilə işləməyə başlayıb. Bu qarşılaşma onun həyatının dönüş nöqtəsi olub.

Büyükstün də müxtəlif sürprizlərlə tanınan bir aktirisadır. “Asi” serialı ilə yaxın Şərq ölkələrində də tanınan Tuba Büyüküstün əslində Mimar Sinan universitetinin səhnə dekorasiyası və geyim dizaynı fakültəsini bitirib. Rejissor Tomris Giritoğlu ilə tanış olduqdan sonra aktrisalığa başlayıb. İlk dəfə “Sultan Makamı” adı serialın son dörd seriyasına çəkilib. “Çemberimde Gül Oya” serialındakı Zarife obrazının ardından “İhlamurlar Altında” və “Asi” seriallarında oynayıb.

Yeşilçamın ən yaxşı əkşn aktyorlarından biri olan Cüneyt Arkın təhsilini aldığı sahədə çalışsaydı, onu bu qədər tanımayacaqdılar. Tibb təhsili alan Arkın həkim xəstələrinin yaddaşında Fahrettin Cüreklibatur kimi qalacaqdı.

Murat Kekilli “Bu akşam ölürüm beni kimse tutamaz” dediyi mahnısı ilə musiqi aləmində fırtına əsdirib. Ancaq məşhur olmamışdan qabaq o, fəhləlik edib. Müsahibələrinin birində “Keçmişdə yük maşınından qarpız boşaldırdım. Ehtiyac olsa, yenə tənbəllik etmədən hamballıq edərəm” deyib.

Aktyor olmasaydı bəlkə də rəqqas olacaqdı. Yaxud da bir ayaqqabı mağazasında işləyən satıcı kimi qalacaqdı. Aktyor olmasaydı, bəlkə də, rəqqas olacaqdı, çünki Mimar Sinan Universitetində güzel sanatlar fakültəsində müasir rəqs bölməsini bitirib.

Ferdi Tayfur Türkiyə musiqi tarixinə damğasını vuranlardan biridir. Ancaq sən demə, bu qədər tanınmış musiqiçi olmasaydı, yaxınları onu bir vaxtlar traktor sürücüsü Turan Baburt kimi tanıyacaqdılar.

Davut Güloğlu həm musiqisi, həm də aktyorluğu ilə tanınan biridir. Gənclik illərində isə Rize Belediye Spor”da futbol oynayıb.

Aydın Uğurlular dövlət tətbiqi gözəl sənətlər fakültəsi tekstil bölməsini bitirib. Daha sonra İstanbul Universiteti idari elmlər fakültəsində idarəçilik ixtisasını alıb.

Tarık Akan gənclik illərində xilasedici işləyirdi. Daha sonra da jurnalist təhsili aldı. Bəlkə, bir yarışa girib Yeşilçama addım atmasaydı, Tarık Üregil adıyla məşhur jurnalist olacaqdı.

Candan Erçetin arxeologiya təhsili alıb. Bir müddət Qalatasaray Liseyində musiqi müəlliməsi işləyib.

Ferhat Göçer əslində cərrahdır. Eyni zamanda konservatoriyada vokal təhsili alıb.

Rafet El Roman tanınmış musiqiçilərdəndir. Məşhur olmamışdan qabaq müəzzinlik (məsciddə imam köməkçisi) edib.

Mustafa Altıoklar kinoya könül versə də, o, əslində, fizioterapevtdir.

Kenan İmirzalıoğlu məşhur aktyor olmasaydı, bəlkə də, yaxşı elm xadimi olardı. İmirzalıoğlu Yıldız Teknik Universiteti riyaziyyat bölməsinin məzunudur.

Nil Karaibrahimgil Boğaziçi Universiteti siyasət elmi və beynəlxalq münasibətlər bölməsinin məzunudur. Məşhur olmasaydı, bəlkə də, diplomat olacaqdı.

Müşerref Akay da keçmişdə bazarlarda alt paltarı satırmış. Ancaq sonradan səsi ilə məşhurlaşdı.

Muazzez Ersoy məşhur olmamışdan qabaq ailəsinə maddi dəstək üçün satıcılıq edirmiş.

Yavuz Seçkin musiqi həyatına başlamamışdan əvvəl zərgər olub. Bu gün isə məşhur müğənnidir. Malik olduğu təbii yumor qabiliyyəti Yavuz Seçkini bu günlərə gətirib. Ancaq tanınmazdan öncə bir qab-qacaq mağazasında satıcılıq edib.

Ebru Gündeş səsi ilə məşhur olmamışdan öncə hazır geyim atelyesində işləyib.

Musiqiçi ailəsinin qızı olan Sibel Can assolist olmamışdan öncə rəqqasəlik edirdi. Muazzez Abacının sayəsində bu günlərə gəlib.

Çağla Şıkel de maneken kimi tanınıb. Sonra aparıcılıq və aktrisalıq edib.

Ancaq əslində balet təhsili alıb. Boyu bu sənət üçün çox uzun olduğundan, karyerasına podiumdan başlayıb.

Aydan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR