Elnurun “Beyaz Show”da möhtəşəm çıxışı (VİDEO, FOTO)
Bizi izləyin

Tabloid.az

Elnurun “Beyaz Show”da möhtəşəm çıxışı (VİDEO, FOTO)

“O səs Türkiyə”dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynov qardaş ölkədə ən çox izləyici kütləsi olan şəxslərdən birinə çevrilib.

ANS PRESS-in məlumatına görə, "O səs Türkiyə"də qələbəsi ilə bir sıra söz-söhbətlərin hədəfi olan gənc ifaçı Elnur Hüseynov bu gecə qonaq olduğu “Beyaz Show” proqramında izləyicilərə xoş dəqiqələr yaşadıb.

O, proqramda Paul Robesonun repertuarından məşhur "Sometimes I Feel Like a Motherless Child" mahnısını səsləndirib.

Qeyd edək ki, "O səs Türkiyə"dəki ilk ifası ilə bütün Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə apararaq finala qədər gəldi və ən nəhayət, son buraxılışda mövsümün birincisi seçildi.

Bundan başqa, o, “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.















Oxumağa davam et
Reklam
Reklam

Gündəm