Gülnarə Xəlilova: “Milli geyim günü turizmin inkişafına kömək edəcək” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Gülnarə Xəlilova: “Milli geyim günü turizmin inkişafına kömək edəcək” – FOTOLAR

Bakıda turizm şirkətlərinin nümayəndələri və tədbirin qonaqlarının iştirakı ilə milli geyim bayramı təşkil edilib. Bayram Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən ikinci “Mövsüm Səyahət Yarmarkası” çərçivəsində baş tutub.

Bu, Milli Geyim Gününün təsis edilməsinə dəstək aksiyası olub.

Modelyer-dizayner, sənətşunaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Publika.az-a Milli Geyim Gününün təsis edilməsinin ölkədə turizmin inkişafına mühüm töhfə verəcəyini deyib:

“Azərbaycanda Milli Geyim Gününün təsis edilməsi ideyasını hələ 2006-cı ildə irəli sürmüşdüm. Qeyd etmək lazımdır ki, ötən müddət ərzində bu istiqamətdə böyük işlər aparılıb və ona görə də bu ideyanın qısa müddətdə həyata keçəcəyinə ümid edirəm. Dünyanın bir çox ölkələrində Milli Geyim Gününə həsr edilən festivallar və karnavallar keçirilir ki, bu da öz növbəsində turizmin inkişafına kömək edir. Sözsüz ki, bu cür bayramı Azərbaycanda da keçirmək lazımdır, çünki bu, ölkəmizə daha çox turistin cəlb edilməsinə gətirib çıxaracaq. Milli Geyim Günündə müxtəlif yarışlar, festivallar, milli geyimlərdə küçələrdə karnaval yürüşləri təşkil etmək olar”.

G.Xəlilova qeyd edib ki, Azərbaycanın milli geyimləri qədim xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir: “Milli geyimlərimiz bizim iftixarımızdır, ölkəmizin tarixi mədəniyyətini, Azərbaycanın müxtəlif regionlarının xüsusiyyətlərini özündə əks etdirir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, biz XX əsrdə yaşayırıq və milli geyimlərimizin üslubuna böyük diqqət ayırmaq lazımdır ki, onları yalnız bayramlarda deyil, gündəlik həyatımızda da geyinək”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm