Emin Moskvada mükafat qazandı
Bizi izləyin

Tabloid.az

Emin Moskvada mükafat qazandı

Rusiyada “Zvukovaya dorojka MK – 40” (“Musiqili xalça”) adlı mükafatlandırma mərasimində tanınmış müğənni Emin də iştirak edib.


Publika.az-ın məlumatına görə, Moskvanın Kreml Sarayında baş tutan gecədə həmyerlimiz, müğənni-bəstəkar Emin “Sexy M” və ya “Ən seksual kişi” nominasiyasında mükafatla təltif olunub.


Emin yarışmada üç nominasiyada təmsil olunurdu: “İlin müğənnisi”, “İlin dueti” (Svetlana Loboda ilə oxuduğu “Smotriş v nebo”) və “Sexy M”.

İlk dəfə “Zvukovoya dorojka”da yer alan ifaçı onu bu mükafata layiq görənlərə təşəkkür edib.


Qeyd edək ki, səsvermə internet vasitəsilə aparılıb. Eminlə yanaşı, nominantlar arasında Dima Bilan, Natali, Maksim, Sati Kazanova, Svetlana Loboda, İrina Alleqrova və başqaları yer alıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm