Nazirdən xalq artistinə hədiyyə
Bizi izləyin

Tabloid.az

Nazirdən xalq artistinə hədiyyə

Xalq artisti, ustad xanəndə Canəli Əkbərov Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 75 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günədək isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

Canəli Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.

Görkəmli xanəndə 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1992-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm