Cem Yılmaz: ”Sünnilər də, şiələr də qarşımda əyləşib gülürdülər”
Bizi izləyin

Tabloid.az

Cem Yılmaz: ”Sünnilər də, şiələr də qarşımda əyləşib gülürdülər”

O, Türkiyənin ən gülməli adamıdır. İstənilən şousu və filmi partlayış yaradır. Televiziya verilişləri onu qonaq çağırmaq üçün sıraya düzülür. Söhbət Türkiyənin tanınmış şoumeni Cem Yılmazdan gedir.

Publika.az Cem Yılmazın Türkiyə mətbuatına müsahibəsini təqdim edir:

- Türkiyənin ən gülməli adamı olmaq necə hissdir?
- Buna az qalsın məni də inandıracaqlar.


- Eləsiniz?
- Yox. Elə şey olar? Yumor səviyəsinə görə Tuncay Akgün, Can Barslan, Ahmet Yılmaz, Erdil Yaşaroğlu, Selcuk Erdemin kağız üzərində etdikləri mənim səhnədəki performansımdan heç də geridə qalmır. Tuncay bəyin, Soner bəyin və Vedat Özdemiroğlunun proqramıma gəlib gülməkləri mənim üçün çox sevindiricidir.

- Məşhur olduğunuz qədər təvazökarsınız?
- Şöhrət bir az da səhv başa düşülməyin məhsuludur. Səhnədə tez-tez belə bir duyğuya qapılıram: yaxşı, hamı gülməkdən ölür, ancaq birdən səhv başa düşdükləri üçün gülərlər. Görəsən, düzmü başa düşüblər?



- Yüzlərlə göz sizə baxır, saysız insan sizin barənizdə danışır...
- Bizim işdə, yəni aktyorluqda asosiallıq əsasdır. Cəmiyyət içərisinə çıxa bilmirsən. Hər yerdə min cür münasibət və reaksiyaya tuş gəlirsən. Beləcə “Ən yaxşısı, evimdə oturum. Heç belə də olmasın” deyirsən.


- Biganə qala bilmirsiniz?
- Yox. Hamı deyir ki, maqazin xəbərlərinə niyə əhəmiyyət verirsən? “Təyyarə aldı” yazırlar, necə reaksiya verməyim? Qapalı Çarşını gəzə bilmirəm, ticarətçilər söz atıb, zarafat edirlər. Bunun olmaması üçün çox şeyi qurban verməyə hazıram.

- Kolleksiya yığırsınız?
- Yığmıram. Əksinə, hər şeyi atmaq istəyirəm. (gülür) Belə şeylər deyəndə “atanda xəbər ver, orada olaq” deyirlər.

- Serial izləyirsiniz?
- Təəssüf ki, yox. “Sitcom”ları (situativa komediyaları) izləməyə çalışıram. “Seinfield”, “Married with children”, “Coupling” kimi serialları izləyirəm. “Lost”, “Prison Break”, “House MD” seriallarını izləyə bilmirəm.

- Vaxtınız yoxdur, yoxsa səbəbi nədir?

- Çox uzun vaxt, kitab oxumağa vaxt ayırmaq istədiyimi, film izləmək üçün “dayanın, bir dəqiqə, bir az vaxt” dediyimi etiraf edirəm. Ancaq bunu kimə söyləyirəm? Öz işimin ağasıyam? Hazırda gedib Madaqaskarda gəzə bilərəm, ancaq gəzə bilmirəm.

- Tənqidləri gözardı edə bilmirsiniz...

- Qulaqlarım çox “böyük” olduğu üçün pis danışanları da çox yaxşı eşidirəm. Ağız-burun əyənləri çox ciddi qəbul edirəm. Niyə belə edir? Bildiyi nəsə varmı? Ya da, nə bilim, nədənsə narahatlığı, başqa bir dərdi varmı?.. Misal üçün, “Hoqqabaz” gülməli deyildi” deyənləri ciddi qəbul edirəm. Deyirəm, görəsən, bu adamı da işin içinə daxil etmək üçün haradan başlaya bilərəm? Digər tərəfdə “çox yaxşı idi, sağ olun” deyənlərlə eyni frekansda, eyni düşüncədəyik. Onların tənqidləri də yaralamır.


“Gözəl filmin nə olduğu sirr deyil”


- Gündəmi təqib edirsiniz?

- Əlbəttə.

- “Komik hekayə tapa bilməsəm...” kimi narahatçılıq keçirdiyiniz olur?

- Komik hekayə yazmamaq, uydurmamaq kimi narahatlığım heç yoxdur. Ancaq “sona çatmaq” o demək deyil. “Sona çatmaq” yazdığının oxunmaması, danışdığına heç kimin gülməməyidir. İnsanların dünən güldüklərinə bu gün gülməmələri çox normaldır.

- Karikaturist Yiğit Özgürü sevirsiniz?

- Əlbəttə. Yiğit Özgür bizim nəsildən deyil. Ancaq tanış oldum və çox uğurlu biridir. Ersin Karabulut da çox qiymətli bir rəssamdır.

- Yenidən karikatura çəkməyi düşünürsünüz?

- Bəzən düşünürəm. Onsuz da film ssenarisi yazarkən obrazları çəkməyə çalışıram. Ancaq indiki şərtlərdə bir jurnalda həftəlik karikaturalar çəkmək mümkün deyil.

- Ssenarist, rejissor və aktyor kimi film sektorundasınız…

- Mən kino işinə ssenari yazmaqla başladım. Yəni vizual sənət kimi kinonun özünəxas qaydalarını öyrənərək başlamadım. Canlandırdığım obrazları yaxşı və düzgün ifadə etməyə çalışdım. Çünki aktyor kimi təklifləri dəyərləndirib uyğun olanları qəbul etmək kimi bir imkanım olmadı.

- Niyə?

- Təklif olunan layihələr məni yazmağa sövq etdi. Müstəsna qabiliyyətlərimin olduğunu iddia etmirəm. Ancaq gözəl bir filmin nə olduğu da sirr deyil. Həm köklü, həm də özünəməxsus filmlər çəkmək istəyirəm.

- “Hoqqabaz” üçün “gözləntiləri doğrultmadı” deyənlər oldu.

- Elə deyənlərə cavabım budur: “Niyə sənin istəklərinə görə film çəkirik? Mənim istəklərimin, niyyətlərimin yeri yoxdur bu işlərdə?”

“Müxalif olmaq diqqətimi çəkir”

- “Siyasətlə maraqlanmıram” deyirsiniz. Niyə?

- “Maraqlanmıram” demək düzgün olmaz. Siyasi yumordan istifadə etmirəm, ancaq siyasətlə necə maraqlanmayım? Bu məsələlərə toxunmursan deyirlər bəzən. “Mən də hansı mövzulara, məni aşan mövzulara?” deyə cavab verirəm.

- Yaxşı, bəs siyasət baxımından nə düşünürsünüz?

- Bu məsələlərdə bədbinəm. Özümə aid baxış tərzi əldə edə bilmirəm. Normalda çox məqbul ola biləcək şeylərin mənası bir az çox dolambaçlı yerlərə çəkilir.

- “Başörtülü birinci xanım” məsələsinə nə deyirsiniz?

- “Hamı istədiyini geyinə bilər” demək var. Bir də “hamı istədiyini geyinə bilməz, geyinməsin” demək var. Hansının məqbul olduğu o qədər açıq-aşkardır ki. Hər hansı öhdəliyi olmayan azad bir insan kimi “bəli, budur həqiqət” deyə bilən insanlardan olmağı seçirəm. “Ölkəmizdə azadlıqlar məhdudlaşdırılacaq?” kimi bir narahatlıq yaşanacaqsa, bu da məni maraqlandırır. Çünki mənim azadlığa ehtiyacım var.

- Yaxşı, bəs narahatsınız?

- Yox.

- Siyasi müxalifəti uğurlu hesab edirsiniz?

- Bizim ölkəmizdə keçmişdən indiyə idarəçilərin çox rahat şəkildə tənqid oluna bildiyini gördüm. Ancaq bunda uğurlu olduğumu deyə bilmərəm. Müxalifətçi olmaq mənim ruh və xarakter baxımdan diqqətimi çəkir.

- Mayın 19-da Mehmetçik Vakfı üçün xeyriyyə məqsədiylə səhnəyə çıxaraq Baş Qərərgah Rəisini güldürdünüz...

- Bununla bağlı bir yazı oxudum. “Gedib əsgərlərə təlxəklik edir” deyirdi. Baş nazirlə salamlaşmaq mənim fikirlərimin onunkularla üst-üstə düşməsinə imkan vermir ki? Prezidentlə bağlı çox sərt karikatura çəkilsə, “mənimlə bağlı belə bir karikatura çəkilsə, nə hiss edərdim?” deyə düşünürəm. Bu məsələlərdə çox demokratam.

- Demokrat deyəndə?..

- Son günlərdə demokratiyadan bəhs edənlərin demokrat olmadığı hissinə qapılıram.

- Komik olmayan oyun filmlərində oynamağı heç düşünmüsünüz?

- “Qartalın üç günü” filmindəki Robert Redford kimi bir rolda oynamaq istəyərəm. Ancaq elə bir ssenari yaza biləcəyimə əmin deyiləm. Fiziki xüsusiyyətləriniz, boyunuz, səsiniz də rolunuzu təyin etməkdə əhəmiyyətlidir. Absurd da olsa, obrazın inandırıcı olma mənim üçün çox önəmlidir.

- Şeir oxuyursunuz?

- Şeiri sevirəm. Ancaq çox maraqlanmıram. Şeiri spesifik bir mətn kimi görürəm. Xüsusi sənətdir şeir. Ancaq şeirin pisi çox pisdir.

- Sevdiyiniz yazıçılar?

- Oğuz Atayı 10 il əvvəl oxudum. Necə sevinmişdim. Burada birinin əlində Oğuz Atayın kitabını görüm, o saat əlindən alıb yarım saat oxuyaram. Çox sevirəm onu. Üzərində “Oğuz Atay” yazılmış köynəklə gəzmək istəyirəm.

- Dünyada müharibə, işğal, aclıq kimi faciələr yaşanır. Bunları bir komediyaçı kimi necə qəbul edirsiniz?

- Balaca bir hesablama edək burada. Afrikanın aclıq problemini həm öyrənərik, həm də həll edərik. “Uşaqlar ölməsin!” Əlbəttə, ölməsin! Elə bil mən raket başlığı istehsal edirəm. Mən bir komediyaçıyam. “Müharibə əleyhinə keçirilən mitinqlərə niyə qatılmırsınız?” soruşurlar. Dünyadakı cinayətlərlə aksiya keçirərək mübarizə aparmazlar ki. Mən ağlasam, hər şey düzələcək?

- Tam başa düşmədim.

- 1,5 milyard insanın canı ilə əlləşdiyi bir dünya dizayndır. Yəni aydındır ki, kimlərsə belə olmasını istəyir. Qida ehtiyatları yetir məsələsi deyil. Qida var, nəqliyyat və rabitə imkanları var. Mahnı söyləyərək, gecələr təşkil edərək bunların öhdəsindən gələ bilərik? Əmin deyiləm. Bu cinayət skandalında fərqində olmadan iştirak edə bilərsən. Belə bir ehtimal varkən, insanların özünü qoruya bilməsi necə mümkün ola bilər?

- Yəni “göründüyü kimi deyil” deyirsiniz?

- Gözümüzü açdığımız gündən bəri ağzının kənarına ağcaqanad qonmuş ac uşaqları uzaqdan izləyirik. Bu dəhşət illərdir, necə olur ki, bitmir? Tək hərəkətlə bitər. Ancaq kimlərsə o görüntüləri görmək istəyir. Eyni zamanda şounun bir hissəsi olur. Xəbərlərdə, kliplərdə, qəzetlərdə istifadə olunan materiallar...

- Ən böyük xüsusiyyətlərinizdən biri hazırcavab olmağınızdır...

- “Oruc sənin başına vurub” deyə bir ifadə eşitdinmi heç?(gülür) Mənim bütün planım komik, hazırcavab və dəcəl biri olub, bundan çox pul qazanmaq deyil. Hazırda belə görünür, ancaq planım bu deyil.

- Yaxşı, planınız nədir?

- Planım yoxdur. Bir quru yarpaq kimi sovruluram. Nə qədər hazırcavab olursunuz-olun, bundan artığına ehtiyac olur. 70 milyon insana söz çatdırmağa gedib çıxır bunun ucu.

- Siyasi fenomen olan Süleyman Dəmirəllə tanış oldunuz. Aranızda maraqlı söhbətlər olub?

- Ondan soruşdum: “Biz haqqımızda həqiqət olmayan xəbərlər dərc edilən məşhurlarıq. Artıq bir xəbər oxuyub, onun doğru olmadığını görəndə digər xəbərlərdən də şübhə duyuruq. Siz isə hər səhər qəzetləri oxuyursunuz. Oxuduqlarınıza inanırsınız?” Dedi ki, mən inanmaq üçün oxumuram ki, həqiqəti necə verirlər, onu görmək üçün oxuyuram.

- Ələvi-sünni, sağçı-solçu, türk-kürd, laik-şəriətçi kimi fərqləndirmələr və bir-biriləri ilə atışan, çatışan qruplar var.

- Bunların hamısını bir yerdə gördüm mən. Bu dedikləriniz mənim tamaşamın bir parçasında var. Hamısı bir yerdə toplanıblar. Və hamısı gülür. Onların hamısının yaxşı insanlar olduqlarını düşünürəm.

- Bir-birlərinə müxalif qruplarla həmsöhbət olmaq, hamısını güldürmək sizə nə hiss etdirir?

- Fantastik gəlir. İzləyici qrupu 4-5 fərqli ideologiyadan da ibarət olmur. Yüzlərlə ayrı fraksiyalardan, qruplardan, məzhəbdən olan insanlarla qarşı-qarşıyasan. Onların göründüyü kimi o qədər də ziddiyyətli olmadıqları hissi oyanır məndə.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm