“Kərgədan” Təbrizdə Azərbaycan dilində tamaşaya qoyulub
Bizi izləyin

Tabloid.az

“Kərgədan” Təbrizdə Azərbaycan dilində tamaşaya qoyulub

Tanınmış rumın dramaturq Ejen İoneskonun 1959-da fransız dilində yazdığı "Kərgədan" pyesi Təbrizdə ilk dəfə olaraq Azərbaycan dilində səhnəyə qoyulub. Ayna teatr qrupunun Absurd Teatr nümunələri arasında fevralın 12-də səhnələşdirdiyi bu əsər 10 gün Təbriz Teatrının səhnəsində nümayiş etdiriləcək.

Güneyli yazar və tərcüməçi Ülkər Ucqar (Münirə Əkbərpuran) tərəfindən azərbaycancaya çevrilən pyes rejissor Kamran Qurbaninin quruluşunda səhnə üçün hazırlanıb.

İSNA xəbər agentliyinə müsahibə verən rejissorun sözlərinə görə, pyes Azərbaycan dilində Təbriz əhalisinin diqqətini dünyanın möhtəşəm teatr əsərlərinə cəlb etmək məqsədi ilə səhnələşdirilib.

​​“Dünyanın möhtəşəm teatr əsərlərini təbrizli sənətçilərə tanıtmaq istəyirik. Əsəri Azərbaycan dilində səhnəyə çıxarmaqla tamaşaçıların diqqətini cəlb edib, teatrdan uzaqlaşmış Təbriz əhalisini təkrar teatrla barışdırmağa çalışırıq,”-deyə Kamran Qurbani bildirib.

Dünya teatrından məşhur bir əsərin Azərbaycan dilində səhnəyə çıxarılması Azərbaycan dilində yazıb yaradan güneyli ədəbiyyatçı və sənətçilər tərəfindən sevinclə qarşılanıb.

“Gözümüz yolda, qulağımız səsdə idi. Şükür, biz də Kərgədanların azərbaycanca nəriltisini eşitdik,”-deyə azərbaycanlı yazar Ruqəyyə Kəbiri məşhur E. İoneskonun əsərinin Azərbaycancəyə çevrilməsi ilə bağlı sevincini ifadə edib.İran Azərbaycanında səhnələşdirilən pyeslər adətən fars dilində olur, Azərbaycan dilində tamaşaların səhnələşdirilməsi nadir hallardandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm