Qarabağdan bəhs edən film İran Festivalında – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qarabağdan bəhs edən film İran Festivalında – FOTOLAR

İranın Tehran şəhərində 9-cu Ruyeş Beynəlxalq Qısametrajlı Film Festivalı işə başlayıb. Festivalda ölkəmizi “Yol” filmi təmsil edir.

Filmin rejissoru Fehruz Şamıyev bu barədə Publika.az-a açıqlamasında deyib: “Festivalda iştirak edən filmlər üç əsas - beynəlxalq, yerli və müsəlman ölkələri proqramında yarışır. “Yol” filmi isə 10 ekran əsərinin iştirak etdiyi “müsəlman ölkələri” proqramında yer alıb. Film bu gün axşam saatlarında “Cinema Azadi” kino mərkəzində nümayiş olunacaq. Festivala maraq çox böyükdür, xüsusilə qeyd etməliyəm ki, İranda festival filmlərini izləmək üçün gənclərlə yanaşı orta, yaşlı nəsil tamaşaçılar da gəlir”.

Qeyd edək ki, festivalda İranın dünyaca məşhur aktrisası Leila Hateminin rol aldığı “Pulsuz” filmi də nümayiş olunacaq, kino xadimlərinin master-klassları keçiriləcək.

Festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi fevralın 27-də olacaq.

Məlumat üçün bildirək ki, “Doğulduğun yerdə ölməli...” sloqanı ilə təqdim edilən “Yol” Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekəyəsinin motivləri əsasında çəkilib. Ekran əsəri “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biri kimi lentə alınıb.

Filmin süjet xəttinə gəlincə, Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professor ölüm ayağında doğulduğu kəndə gedir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor arzusuna çatmaq üçün minalanmış sahəni keçərək öz kəndinə gəlir. Amma burda ermənilər tərəfindən əsir götürülür və hadisələrin ən maraqlı anları bundan sonra başlayır. Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir.

Qısametrajlı filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, operatoru Rəşad Nuriyev, bəstəkarı Firudin Allahverdidir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm