Xocalı kompozisiyası təqdim olundu –VİDEO +FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xocalı kompozisiyası təqdim olundu –VİDEO +FOTOLAR

Bəstəkar Sevinc Tofiqqızı Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Xocalı şəhidlərinin əziz xatirəsinə həsr etdiyi kompozisiyasına çəkdirdiyi klipin təqdimatını edib.

Publika.az-ın məlumatına görə, xanım bəstəkar klipdə özü də rol alıb: “Bəstəkar kimi bu işi görmək mənim borcum idi. Klipin rejissoru Əziz Orucovun, aranjimanı isə Osman Həmidovundur. Mənim üçün çox ağır olsa da, bu klipdə rol aldım. Və Xocalının o ağır günlərini yaşamış kimi oldum. Klipdə mənimlə bərabər, balaca Nərmin İmamquliyeva da çəkildi”.

Tədbirdə bəstəkar Sevinc Tofiqqızı ilə yanaşı, Xocalıda valideynlərini itirmiş uşaqlar, xalq artisti Flora Kərimova və dünya çempionu Rauf İbrahimoğlu və başqaları iştirak edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm