Pikassonun 13 il əvvəl oğurlanmış əsəri ABŞ-da tapılıb
Bizi izləyin

Tabloid.az

Pikassonun 13 il əvvəl oğurlanmış əsəri ABŞ-da tapılıb

ABŞ-ın hüquq müdafiə orqanları Pablo Pikassonun 2001-ci ildə Fransada oğurlanmış əsərini müsadirə ediblər.

Publika.az-ın məlumatına görə, bu barədə Nyu Yorkun şərq vilayətinin prokuroru Lorette Linç deyib.

Fransa hökumətinə məxsus olan, kubizm janrında çəkilmiş "Saç ustası" (fransızca "La Coiffeuse") əsəri Parisdə Georges Pompidou mərkəzinin muzey deposundan oğurlanıb.

Dekabrda rəsm əsərini 30 avro dəyərində "bədii əl işi" kimi sənədləşdirərək Belçikadan ABŞ-a göndəriblər. Bağlama Nyu Yorka çatanda gömrük xidməti əsəri müsadirə edib və Bruklin məhkəməsinə qaçaqmalçılıq barədə şikayət təqdim edilib.

1911-ci ildə çəkilmiş əsərin bazar qiymətinin milyonlarla dollarla ölçüldüyü güman olunur. Əsərin yeri 13 il naməlum qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm