Üç min mahnı müəllifinin doğum günüdür
Bizi izləyin

Tabloid.az

Üç min mahnı müəllifinin doğum günüdür

Bu gün Azərbaycanın xalq artisti, tanınmış bəstəkar Eldar Mansurovun 63 yaşı tamam olur.

Publika.az-ın məlumatına görə, sənətkar sosial şəbəkədəki səhifəsində bir yaşının qeyd olunduğu gün çəkilmiş fotosunu paylaşıb. Fotoda Eldar Mansurovdan başqa, atası - məşhur tarzən Bəhram Mansurov, anası Münəvvər Mansurova, əfsanəvi xanəndə Yavər Kələntərli, Yavər Kələntərlinin qızı Gövhər Kələntərli də var.

Qeyd edək ki, 1952-ci ilin bu günündə dünyaya gəlmiş bəstəkar 1968-72-ci illərdə Asəf Zeynallı adını orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, ardınca isə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alıb. Professor Cövdət Hacıyevin tələbəsi olub.

Yaradıcılığı ərzində üç mindən artıq mahnı və instrumental əsərlər, həmçinin bir sıra film və tamaşalara musiqilər bəstələyib.

Beş simfoniya, bir çox kamera və xor əsərlərinin müəllifidir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-cici ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2012-ci il fevral ayının 21-dən president təqaüdçüsüdür. O, həmçinin 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm