• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tünzalə Ağayeva Türkiyəyə səs saldı

Tünzalə Ağayeva Türkiyəyə səs saldı

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın "Qarabağın səsi" mahnısına Türkiyə mediasında geniş yer ayrılıb.


Sözləri Cəlal Qurbanova, musiqisi Tünzalə Ağayevaya məxsus olan mahnı barədə Türkiyənin ən nüfuzlu qəzeti olan "Hürriyet"də yazı dərc olunub.


"Azeri müzisyen Karabağ için şarkı yazdı" başlıqlı xəbərdə mahnının sosial mediada böyük həvəslə qarşılandığı və bir neçə dilə tərcümə edildiyi qeyd olunub.

Xəbərdə həmçinin qeyd olunub ki, mahnı "ASAN Könüllüləri" İctimai Birliyinin təşəbbüsü ilə yazılıb.

Qeyd edək ki, bu xəbər "Hüriyyet"lə yanaşı Türkiyənin ən nüfuzlu xəbər portallarından olan "haberler.com" və bir çox başqa saytlarında da işıqlandırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR