Yarım tonluq qadın 91 kiloqrama düşdü – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yarım tonluq qadın 91 kiloqrama düşdü – FOTOLAR

ABŞ-ın Texas ştatından olan 34 yaşlı Mayra Rozalezi ölkə mətbuatının gündəminə hələ 2008-ci ildə düşüb. O, bacısını xilas etmək üçün törətmədiyi cinayəti öz boynuna götürməklə medianın diqqətini çəkib. Lakin hamını daha çox Mayranın 454 kiloqram çəkidə olması maraqlandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Mayra 2008-ci ildə bacısı Cemini xilas etmək üçün onun törətdiyi qətli öz boynuna götürüb. Lakin Mayranın həddən artıq ağır çəkili olması onun qətli həyata keçirməsini şübhə altına alıb. Bundan sonra Cemi cinayəti etiraf edərək 15 il azadlıqdan məhrum edilib. Mayra isə Ceminin uşaqlarına baxmalı olub.

Mayra Rozalez 2011-ci ilədək ağır çəki səbəbindən heç yataqdan belə qalxa bilməyib. Nəticədə, qadın 11 cərrahi əməliyyat keçirməklə yenindən dura bilib. O, hətta 363 kiloqram itirdikdən sonra yeməyə qarşı olan fikirləri də dəyişib. Rozalez deyib: “İndi yaşamaq üçün yeyirəm. Əvvəllər isə yemək üçün yaşayırdım”.

Qadının yarım ton çəkidən 91 kiloqrama düşməsini görən internet istifadəçiləri ona daim bu haqda suallar verir. Rozalez isə arıqlamaq istəyən pərəstişkarlarını evinə dəvət edərək, onları ruhlandırmaqla məşğuldur. Bu qədər çəki itirən qadın hətta özünə sevgili də tapa bilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm