Müğənni çantasından 120 min çıxartdı və… - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Müğənni çantasından 120 min çıxartdı və… - FOTOLAR

Məşhur müğənni Bülənt Ərsoy qızıl dükanlarından birini bağlatdırıb.

Uzun müddət bir-birindən bahalı zinət əşyaları arasında seçim edə bilməyən sənətçi, nəhayət, yeni kolleksiyadan boyunbağı və bilərzik dəstini alıb.

O, çantasından 120 min lirə çıxararaq nağd ödəniş edib. Üzərində bu qədər pul gəzdirdiyi üçün Türkiyə mediasında bu xəbər “Bülənt Ərsoy gəzən kassa kimidir” başlığı ilə gedib.

Mağaza işçiləri tərəfindən avtomobilinədək ötürülən müğənni jurnalistlərə açıqlamasında “Pulları payladım, rahatlandım”, - deyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm