Acından ölən oliqarx xanımı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Acından ölən oliqarx xanımı - FOTOLAR

Bu gün Rusiyanı sarsıdan faciəvi xəbər çoxuna şok yaşadıb. Rusiyalı oliqarxının keçmiş həyat yoldaşı, 3 uşaq anası Yana Prejevskaya evində huşsuz halda tapılıb. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rəfiqələri onu çılpaq, bədənində göyərtilərlə evində çarpayısının altında aşkarlayıb və təcili tibbi yardım çağırıblar.

Həkim pasiyentə qapalı kəllə-beyin travması diaqnozu qoyub. Reanimasiyaya yerləşdirilən 41 yaşlı qadın bir həftə sonra dünyasını dəyişib. Vaxtilə Moskvanın ən varlı xanımlarından biri hesab edilən Yananın ölümü şayiələrin yaranmasına səbəb olub.

Prejevskaya biznesmen Yevgeniy Frolov ilə ailəli olub. Model bədən quruluşuna sahib olan xanım bir neçə il əvvəl həyat yoldaşından boşanıb. Yananın yaxın ətrafının sözlərinə görə, boşanmanın səbəbkarı elə Yananın özü olub. Ayrılığa müxtəlif səbəblər əsas göstərilir: Yananın içki düşkünü olması, saysız məşuqlar, psixoloji problemlər və s.

Heç kəsin ağlına gəlməzdi ki, dünyanın nadir ləl-cəvahirat kolleksiyaları olan Yana, Rusiya ilə yanaşı əksər əcnəbi ölkələrin ən kübar məclislərinin arzulanan qonağı olan bir şəxs kasıbların yaşadığı məhəllədə dünyasını dəyişər.

Dubayın məşhur “Parus” otelinin işçiləri isə dəfələrlə Yananın içkili vəziyyətdə bir neçə restoran işçisinin köməkliyi ilə otağına aparıldığını bildirib.

Biznesmen həyat yoldaşından ayrılandan sonra isə Yana demək olar ki, unuduldu.

Dəbdəbəli malikanədə yaşayan Prejevskaya həyat yoldaşından ayrılandan sonra adi mənzilə köçməli olub, sosial vəziyyəti pisləşib. Yaxınlarının bildirdiyinə görə, Yana münasibətdə olduğu başqa bir kişiyə görə bütün daş-qaşını sataraq, külli miqdarda borca girməli olub. Bununla yanaşı Prejevskayanın evi dəfələrlə qarət olunub. Özünü isə müxtəlif psixotrop maddələrlə yatızdırıblar. Artıq yaşamağa pulu qalmayan Yana məcburiyyət qarşısında vaxtilə ondan üz döndərmiş şəxslərdən borc alaraq yaşamağa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm