• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yenicə ata olan Ramal: “Övladımı mənə vermirlər”

Yenicə ata olan Ramal: “Övladımı mənə vermirlər”

Yenicə ata olan müğənni Ramal İsrafilov “Region” TV-yə eksklüziv müsahibə verib. O, atalıq hissinin verdiyi xoşbəxtlikdən danışaraq uşağının dünyaya gəlişi ilə bütün həyatının dəyişdiyini etiraf edib.

“Sevinirəm ki, Rəbbim mənə bu hissi bəxş edib. Özümü çox xoşbəxt sayıram. Hara getsəm, tez evə qaçmaq istəyirəm. Sanki evdə özəl bir “iqruşkam” var. Məsuliyyətim də artıb. Bu da Allahın hədiyyəsidir. Uşağa gül adı qoymuşuq, qızımın adı Liyadır. Ömrü gül qədər olmasın, inşallah. Adı da maraqlıdır. Həm də gələcək planlar üçün uyğun addır. Mən övladdan ötrü ölürəm. Amma heç mənə verirlər ki, övladımı? Xalaları, bibiləri götürürlər. Axırda qışqırıram ki, uşağı mənə də verin”.


Bəstəkar-müğənni həmçinin nisyə bəstə satmadığını da bildirib:

“Nə borcum, nə də mənə borcu olan var. Amma pul almamış mahnı vermirəm. Artıq ailəliyəm, pul qazanmaq lazımdır.”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR