Musa Musayevi döyən Nazəninin prodüseri həbs olundu - ÖZƏL/YENİLƏNİB
Bizi izləyin

Tabloid.az

Musa Musayevi döyən Nazəninin prodüseri həbs olundu - ÖZƏL/YENİLƏNİB

Müğənni Nazəninin prodüseri Pərviz Abbasovun saxlanılması xəbəri təsdiqlənib.

Binəqədi Rayon Polis İdarəsindən Publika.az-a bildirilib ki, P.Abbasov idarəyə dünən gecə gətirilib.

Növbətçi polis prodüserin hansı səbəbdən saxlandıldığı barədə məlumat verməyib.

***

Müğənni Nazəninin prodüseri Pərviz Abbasov polis tərəfindən saxlanılıb.

Publika.az-a bu barədə müğənni Musa Musayev məlumat verib. Onun sözlərinə görə, prodüser dünən axşam Dünya TV-dən çıxarılaraq polis bölməsinə aparılıb: “Neçə vaxt idi ki, Nazəninin prodüseri, Arzu Mələyin ad günündə mənə xəsarət yetirən Pərviz Abbasov polis tərəfindən qandallanaraq bölməyə aparılıb. Dəfələrlə məhkəmədən yayındığı və məhkəmə iclaslarına getmədiyi üçün sonda belə bir addım atılıb. Məni də bölməyə üzləşməyə çağırdılar. Pərviz mənə yalvar-yaxar etdi, bağışlamağımı xahiş etdi. Dedi ki, Nazəninin fitnəsinə düşmüşəm, bir qələtdir eləmişəm, məni bağışla”.

Musa Musayev onu bağışlayacaqmı? Müğənni növbəti məhkəməni gözlədiyini bildirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm