• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Dənizsiz və sevgisiz yaşaya bilmərəm” – FOTOLAR

“Dənizsiz və sevgisiz yaşaya bilmərəm” – FOTOLAR

Türkiyənin ən cazibədar aktrisalarından biri də Burçin Tərzioğludur. O, tamaşaçılara “Çiçək taksi”, “İlan hekayəsi”, “Qadın istərsə”, “Əzəl”, “Mərhəmət” seriallarından tanışdır. 35 yaşlı aktrisa karyerasına onlarla serial və bir neçə film sığdırıb. Hazırda rol aldığı “Poyraz Karayel” adlı serialla diqqət mərkəzindədir.

Burçin Tərzioğlu sadəcə aktrisalıq bacarığıyla deyil, həm də şəxsi həyatı ilə tez-tez gündəmə gəlir. Aktrisa 7 il Murat Yıldırımla evli olub. Cütlük “Fırtına” adlı serialın çəkilişləri zamanı tanış olmuş, 2008-ci ildə ailə qurmuşdu.

Burçin Tərzioğlu boşandıqdan sonra çox çətin günlər yaşasa da, nəhayət, yenidən öz yarını tapıb. Belə ki, aktrisa “Poyraz Karayel”də birlikdə rol aldığı İlker Kaleli ilə birlikdədir. İlker Burçinin ailəsi ilə də tanış olub.

Son bir ildə həm 7 illik yoldaşı Murad Yıldırımdan boşanan, həm də anasını itirən aktrisa “Elele” jurnalının mart nömrəsinə müsahibə verib.

“Şirin söhbət” layihəsində Burçin Tərzioğlunun maraqlı müsahibəsini oxuyacaqsınız.

- İndi həyatında nələr baş verir?

- Çox işləyirəm, amma dincəm. Bu aralar həyatım stabildir. Avqustdan bəri evdən-işə, işdən evə gedirəm. Həyati funksiyalarımı yerinə yetirsəm də, bu müddətdə özüm üçün heç nə etməmişəm. Şanslıyam ki, sevdiyim bir işlə məşğulam. Ona görə də yorğunluğum haqda çox düşünmürəm.

- Həyatın son bir ildə çox dəyişdi.

- Dəyişiklik ili idi. Yeni bir ev, yeni bir iş, yeni bir mən... Rəng dəyişdirdim. Maraqlı bir müddət idi əslində. Özümü kənardan izlədim. Dəyişməyimin əsas səbəbi anamın həyatını itirməyi oldu. Anam yanımdan ayrıldığı gün böyüməyə başladığımı hiss etdim. Qadın oldum, anasını itirən kiçik qız uşağı kimi idim. Çətin idi. Ölümlə tanış oldum, tərbiyələndim. Bu arada həm də boşandım. İndi özümə daha sakit bir həyat qurmağa çalışıram.

- Səhvlərinlə barışmısan?

- Keçmişə dönüb baxanda “kaş etməsəydim”, dediyim heç nə yoxdur. Mən hər şeyi sınaq kimi görürəm. Həyat insana nəyin doğru, nəyin səhv olduğunu öyrədir. Kiçik səhvlərim olub, amma bununla barışmışam. Səhvlərdən aldığım dərslər həyatdakı ən böyük qazancımdır.

- Aktrisa olmasaydın hansı peşəni seçərdin?

- Mənim aktrisalıqdan başqa peşəm yoxdur. Başqa bir sahə üzrə təhsil almamışam və bu peşəni pul qazanmaq məqsədilə seçməmişəm. Mən aktrisa olmaq üçün doğulmuşam. Kamerayla illər əvvəl tanış olmuşam. Məktəbdən çox çəkiliş meydanında vaxt keçirmişəm. Aktrisalıq məni heç tərk etmədi, mən də onu… İşimə hörmətim böyükdür, peşəmi çox sevirəm. Həyatımın mərkəzində sevgi, sevdiklərim, sevərək gördüyüm işim var.

- Ekranda özünü izləyəndə əsəbiləşdiyin və ya qürurlandığın məqamlar olur?

- Özümü izləyəndə rahat olmuram. Tənqid etdiyim məqamlar çox olur. Bəzən olur ki, yorğunluqdan hansısa səhnəni yaxşı canlandırmadığımı görürəm, onda özümə çox əsəbiləşirəm. Mənim üçün əsas səmimiyyətdir, süni alınan bir səhnəyə dözümüm yoxdur. İşimiz duyğularla bağlıdır, ssenaridə yazılan hadisələrə uyğun hissi tamaşaçıya ötürməlisən. Ancaq heç birimiz robot deyilik. Bəzən gündə 20 saat işləməli oluram və bu zaman hər şey istədiyim kimi alınmaya bilir.

Bəzən də hanıssa səhnəyə görə özümü təbrik edirəm.

- Eşq yoxsa, karyera?

- Həm karyera, həm də iş. İkisinə də vaxt ayıra bilirəm.

- Sevgilinin hansı xüsusiyyəti səni xoşbəxt edir?

- Məncə, əlaqələr də bir növ alış-verişdir, yəni, duyğu alış-verişi. Bəzən sevdiyin qədər sevilməzsən. Ancaq mən sevilmədiyimi hiss edəndə münasibətə son verirəm. Dost da qala bilmərəm. Sevgi məni qidalandırır. Sevgiylə yanaşı dinclik də önəmlidir. Cütlüklər bir-birlərinin əksikliyini tamamlamalıdırlar. Həyatın bir çox üzü var, çətinliklərlə qarşılaşanda başını çiyninə qoya biləcəyin birinin olması insana güc verir.

- Kədərlənəndə özünü necə sakitləşdirirsən?

- Tək qalmaq yaxşı təsir edir. Tək olanda daha rahat düşünürəm, özümü daha tez toplayıram. Bəzi dərdlər də var ki, onlar yalnız sevdiklərinlə ünsiyyətdə olanda azalır. Onda dostlarıma sığınıram. Bir də yazmağı sevirəm, yazdıqca rahatlaşıram.

- Səni aktrisa kimi yaxşı tanıyırıq, bəs əsl Burçin necə bir qadındır?

- İnsanın özünü tanıması çox çətindir. Yaxşı da deyə bilmərəm, pis də. Mən Balıq bürcündənəm, bürcümün xüsusiyyətlərini daşıyıram. Duyğularımla, hisslərimlə hərəkət edirəm. Qələbəlik yerlər və səs-küy mənlik deyil. Hər şeyi içimdə yaşayıram. Dənizsiz və sevgisiz yaşaya bilmərəm. Güclü bir insan olduğumu düşünürəm. Çox inadçılam.

- Nümunə götürdüyün bir aktrisa var?

- Heç kimi kumir görmürəm. Amma dünya kinosunu yaxından təqib edirəm. Zövq alaraq izlədiyim aktrisalar var. Meril Strip, Natali Portman, Marion Kotiyar və Culiyet Binoş ən sevdiyim aktrisalardır.

- Gözəllik sənin üçün nə ifadə edir? Özünü gözəl hesab edirsən?

- Gözəllik anlayışım fərqlidir. Gözəllik insanın içindən xaricinə çıxan bir işıqdır. Elə qüsurlu üzə sahib olanlar var ki, onlara baxmaqdan doymursan. Ancaq bütün gözəllik anlayışlarına uyğun üz quruluşunda biri ağzını açıb danışan kimi gözündən düşə bilər. Mən gözəlliyi yaxşı və düzgün bir insanın bəzəyi kimi başa düşürəm. Təbii ki, baxımlı və sağlam bir bədən gözəlliyin tamamlayıcısıdır. Mən bəzən gözəl olduğumu düşünürəm. Əhval-ruhiyyəm fikrimi dəyişə bilər.

- İllərdir ki, səni formada görürük. Xüsusi bir qidalanma rejimin var?

- İdeal kiloda qalmaq mənim üçün o qədər də asan deyil. Maddələr mübadiləm zəif işləyir.

Amma heç vaxt “mən bunu yeməməliyəm” deyərək özümə əzab vermərəm. Damaq dadıma düşkünəm.

Yemək istədiyim xörəyi yeyirəm, ondan sonrakı günlər daha az kalorili qidalara üstünlük verirəm.

Bəzi yeməklər kökəltsə də, onları yeməyə dəyər.

- 20 saat işlədiyini deyirsən, amma dərin çox parlaqdır. Bunun sirri nədir?

- Dərimə mütəmadi olaraq qulluq edirəm. Daha doğrusu, müxtəlif proseduralar etdirirəm. Professional insanlarla işləyirəm. İstifadə etdiyim məhsulların təbii və dəri tipimə uyğun olmasına diqqət edirəm. Tez-tez masaj etdirirəm. Hamama gedirəm. Hamam həm ruhumu, həm də bədənimi sakitləşdirir. Genetik olaraq sağlam bir dəriyə sahibəm, bunu qorumağa çalışıram.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR