• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Elza “Aşiqlər bağçası”nda tapıldı - FOTOLAR

Elza “Aşiqlər bağçası”nda tapıldı - FOTOLAR

Bu gün “Aşiqlər bağçası” silsiləsindən “Cəhd” qısametrajlı filmin mətbuata təqdimatı keçirilib.

Publika.az-ın məlumatına görə, mətbuat konfransda filmin rejissoru Mahir Dərviş, ekran əsərində rol almış Elza Seyidcahan, yazıçı- publisist Orxan Fikrətoğlu və başqaları iştirak edib.

Filmin rejissoru Mahir Dərviş bildirib ki, 24 dəqiqəlik film bədii-sürreal üslubda çəkilmiş az sözlü, sadə süjetli, amma çoxmətləbli ekran işidir: “Film bütün süjet xətti boyunca tamaşaçıdan hisslərini deyil, ağlını, diqqətini tələb edir. Bir neçə kövrək Kərbala səhnələri istisna olmaqla, film bütünlüklə tamaşaçı təfəkkürünə hesablanıb. Kadrda görünən hər şey danışır. Sürreal səhnələr isə filmin mövzusunu bir başqa aspektdən izah etməyə yardımçı olur”.

Rejissor ana roluna bəstəkar-müğənni Elza Seyidcahanı çəkməyinə aydınlıq gətirib: “Elza mənim çox yaxın dostumdur. Özünə, sənətinə çox böyük hörmətim var. Bu rol üçün xanım-xatın bir qadın aktrisa gərək idi. Azərbaycan simasında o xanımlığı daşıyan çox az aktrisa var. Filmin ssenarisi yazılandan bəri mən bu rolu Elza Seyidcahan üçün nəzərdə tutmuşdum. Başa düşürəm, tamaşaçılar, jurnalistlər - hər kəs onu hər zaman avanqard stilində görüb. Elza ilə işləmək rahat idi. Aktrisalıq bacarığından da razı qaldım”.

Elza Seyidcahan belə filmlərin vacibliyini qeyd edib: “Bu mövzularda filmlər çox olmalıdır. Rejissor mövzunu maraqlı biçimdə təqdim edib. Bu rola dəvət alanda düşünmədən razılıq verdim. Çünki Mahir Dərvişi çoxdan tanıyıram, onun işlərinə bələdəm. Peşəkar bir insandır. Ona görə razılıq verdim, filmə çəkildim və qətiyyən peşman deyiləm. Çünki bu film tarixdə qalacaq”.

Qeyd edək ki, film 7-8 aylıq gərgin iş rejiminin nəticəsində ərsəyə gəlib. Filmdə 50-dən çox yaradıcı insanın əməyi var. Filmin maliyyəsi barədə konkret cavab verməyən Mahir Dərviş çox maraqlı fikirlər səsləndirdi: “Mənə dedilər ki, səni Həcc ziyarətinə göndərək. Mən də dedim ki, özümü buna hazır hiss etmirəm, gəlin o pula dini dəyərləri xatırladan film çəkək".

Cəvahir

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR