• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Firuzə: “Ögeylər mənə elə zərbə vurublar ki…”

Firuzə: “Ögeylər mənə elə zərbə vurublar ki…”

Əməkdar artist Firuzə İbadova ilk dəfə olaraq ailə sirrlərindən danışıb. Publika.az xəbər verir ki, müğənni bu barədə ATV telekanalına açıqlama verib. O, atasının ikinci evliliyindən və nəticədə aldığı zərbələrdən danışıb:

“Mənim atam ikinci dəfə ailə qurub. İkinci yoldaşından da övladları olub. Ikisi dünyasını dəyişib, ikisi isə həyatdadır. Onlardan hər zaman zərbələr almışam. Buna görə də ögeyliyə qarşı kədər var içimdə. Elə bir zərbə vurublar ki, ömrümün sonuna qədər onu unuda bilmirəm. Doğmalardan da adam zərbə alır. Amma ögeydən aldığı zərbə adama ağır gəlir”

Müğənni imkanlı ailədən olmasına baxmayaraq, çətin uşaqlığından da bəhs edib:

“Uşaqlığım çox ağır keçib. Baxmayaraq ki, anam çox imkanlı, tacir səviyyəsində olan bir ailənin qızı idi. Amma çox qürurlu idi. Heç kəsdən heç nə qəbul etmirdi. Bizi öz zəhməti ilə böyütdü. Anam sonradan atamı bağışladı. Hazırda 88 yaşı var və mənimlə yaşayır. Onu heç kimə, nə bacıma, nə də qardaşıma vermərəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR