Kənan M.M: “Mənimlə it də yola gedər”
Bizi izləyin

Tabloid.az

Kənan M.M: “Mənimlə it də yola gedər”

Tanınmış klipmeyker və rejissor Kənan.M.M-in xətrinə dəyiblər.

Publika.az-a danışan rejissor bu günlərdə həmkarlarının laqeydliyi ilə üzləşdiyini deyib: “Ay brilliant” filmi təqdim olunandan sonra dost-tanış mənə zəng edib, xoş sözlər dedilər. Amma bir həmkarım belə məni təbrik etmədi. Hətta filmin nümayişinə gəlsələr də belə. Onlar məni təbrik etsəydi, şok olardım. Məni şoka salmamaq üçün yəqin belə ediblər. Özləri bilər, beş barmağın beşi də bir deyil. Mənimlə it də yola gedər”.

Hər zaman həmkarlarının uğuruna sevindiyni deyən Kənan eyni münasibəti qarşı tərəfdən görmədiyi üçün heç də peşman deyil: “Əsas odur ki, uğurlarım artsın, həmkarlarım məni təbrik etsələr də sağ olsunlar, etməsələr də”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm