Gülben Ergen yeni həyat yoldaşına eşq elan etdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Gülben Ergen yeni həyat yoldaşına eşq elan etdi - FOTOLAR

Türkiyənin tanınmış ifaçısı Gülben Ergen həyat yoldaşı Erhan Çelik və böyük oğlu Atlasla Nişantaşına terapevt yanına gediblər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülben Ergen bir neçə gün əvvəl həyat yoldaşı Erhan Çelik və keçmiş həyat yoldaşı Mustafa Ərdoğandan olan böyük oğlu Atlasla Nişantaşında ailə məsləhətləşmə mərkəzinə gəliblər. İçəridə təxminən bir saat qalan cütlüyün terapiya üçün gəldiyi məlum olub. Oğlu Atlası köməkçisinə əmanət edən müğənni oradan həyat yoldaşı ilə əl-ələ çıxıblar.

Fotoşəkillərinin çəkilməsinə təəccübünü gizlətməyən Gülben Ergen jurnalistlərin “Terapevtə niyə gəlmisiniz?” sualına "Söhbət etməyə gəldik" deyərək jurnalistlərin digər suallarını yarımçıq qoyub.

Qeyd edək ki, cazibədar ifaçı dünən şəxsi “İnstaqram” bloqunda həyat yoldaşının şəklini paylaşaraq ona sevgisini elan edib. O, “Sənin yorğun və mənalı baxan gözlərini sevirəm. Və o nişan üzüyünü əlinə taxmağını sevirəm” yazıb.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm