• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Britaniyalı oliqarxın rus həyat yoldaşı: “Kişini sekslə saxlaya bilməzsən” – FOTOLAR

Britaniyalı oliqarxın rus həyat yoldaşı: “Kişini sekslə saxlaya bilməzsən” – FOTOLAR

Britaniyalı oliqarxın həyat yoldaşı Kristina Sisoeva iddia edir ki, seks kişini yanında saxlamaq üçün ideal variant deyil.

Britaniyalı oliqarx və onun 34 yaşlı həyat yoldaşı, həm də “Meet the Russians” şousunun ulduzu bu yaxınlarda Moskvaya gəlib. Əslən Rusiyadan olan dizayner və Londonun kübar cəmiyyətinin qlamur üzvü kökünü unutmamağa çalışır və valideynlərinə baş çəkmək üçün tez-tez vətənini ziyarət edir. Gərgin qrafikinə baxmayaraq, qlamur xanım Rusiyanın ən bahalı otellərindən birindəki prezident nömrəsində jurnalistlərə müsahibə verib. Həmin müsahibədə o, varlı ərini necə əldə saxladığı haqqında da danışıb.

Jurnalistin “Kişini necə əldə saxlamalı” sualına Kristina maraqlı fikir bildirib. O söyləyib ki, kişini yanında saxlaya bilmək üçün ilk növbədə ona hörmət etməlisən:

“Onu hər dəqiqə bezdirməməlisən və sevməlisən. Həyat yoldaşıma hər gün onu sevdiyimi və yaraşıqlı olduğunu deyirəm. Münasibətləri qoruyub saxlamaq üçün əziyyət çəkməlisən, əks halda, sizdə heç nə alınmayacaq. Əgər ağlını işlətsən, qayğı göstərsən, onda qarşılığını da görəcəksən. Kişini heç vaxt yanında sekslə saxlaya bilməzsən. Lakin bu o demək deyil ki, seks ikinci planda qalır. Gecələr sevişmək üçündür. Gündüz isə kişi ilə ünsiyyət qurub ona təsəlli, lazım olanda məsləhət verməli, yaxşı sirdaş olmalısan.

Kişinin sevgisini qazanmaq üçün onu şantaj etmək və onun gözünə gözəl görünmək üçün plastik əməliyyatlar barədə düşünmək axmaqlıqdır”.

Onun fikrincə, plastik əməliyyatlara və süni gözəllik üsullarına ancaq özünü yaxşı hiss etmək və gözəlləşmək üçün əl ata bilərsən.

Qeyd edək ki, Kristinanın həyat yoldaşı İngiltərə parlamentində işləyir. Onların 2 uşağı var.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR