“Qadını mütləq kimsə sevməlidir, əks halda...”
Bizi izləyin

Tabloid.az

“Qadını mütləq kimsə sevməlidir, əks halda...”

Deyilənlərə görə, o, gənc qalmağın sirrini bilir...

43 yaşlı musiqiçi, aktyor Cared Letoya baxdıqda onun sanki cavanlıq eliksiri içdiyini düşünürsən. Əlini hər nəyə atsa, uğur qazanır. Amerikalı rok ifaçı və aktyor hələ də dünyanın ən seksual kişisi hesab edilir. “Dallas klubunun alıcıları” filminə görə “Qızıl qlobus” və “Oskar” mükafatına layiq görülən Letonu hər zaman qadın əhatəsində görmək mümkündür. Bununla belə, o, şəxsi həyatı haqqında açıqlama verməkdən boyun qaçırır. Çoxları onu mavi olduğunu düşünür.

Publika.az “Bizim tərcümə” layihəsində Cared Letonun ən məşhur sitatlarını təqdim edir.

...Mən qaydalar üzrə yaşayıram: öz arzularının dalınca getməlisən... Necə olursa-olsun, sən bunu etməlisən...

...Gənckən heç bir sosial bacarıq və təcrübən olmur. Bu və ya digər problemlərin öhdəsindən gəlməyi bacarmırsan. İyirmi yaşıma qədər məşğuliyyətim narkotiklərdən istifadə etmək olub. Həyatım çətin keçirdi. Bütün bunlar mənə dərs oldu. Ağrı və özünə inamsızlıq prosesindən keçməklə, indiki vəziyyətimə gəlib çıxa bildim...

...Bir müddət həbsxanada yatmışam. Bunu normal hesab edirəm...

...Yadımdadır, anam uşaqlıqda qardaşım Şennonu dəlisov saçlarına görə danlayırdı. İndi isə mənə baxın. Anam məni heç yuxularında belə görməyib...

...Başa düşmürəm, necə hamının üzünə gülümsəmək olar? Deyirlər, bu, nəzakət əlamətidir. Lakin məncə, bu, ağılsızlıq əlamətidir...

...Əgər nə istədiyini bilmirsənsə, lazımsız insan və əşyaların ətrafında öləcəksən...

... Qeyri-ənənəvi oriyentasiyan haqda şayiələr yayılanda sən məşhur adama çevrilirsən...

...Yeniyetmələrin sevimlisinə çevriləcəyimdən xəbərim olsa, özümü öldürərdim...

... İlk dəfə 12 yaşımda işləməyə başlamışam. Mehmanxanada qabyuyan kimi çalışırdım və saata 2,5 dollar qazanırdım...

...Yat. Arzula. Oyan. Hərəkətə keç. Düşün. Mübarizə apar. Qalib gəl. Yat. Arzula...

...Mən dəlilikdən əziyyət çəkmirəm. Əksinə, onun hər bir dəqiqəsindən həzz alıram...

...Həyatımda təəssüf etdiyim bir şey varsa da, o da sutkanın 24 saatdan ibarət olmasıdır...

...Özünə güzgüdə bax və de: sən buna layiqsən. Həyata bir dəfə gəlmisən. Arzularının arxasınca get. İşdən çıx, məktəbi at, sevgilinə de ki, o, yaramazdır və sadəcə, qapını bağla get. Bu, sənin zamanın və sənin həyatındır...

...Bu gün heç kimin istəmədiklərini et, sabah heç kimin bacarmadığı kimi yaşayacaqsan...

...Yaşınızdan asılı olmayaraq, arzularınızın ardınca gedin. Bu, planetdə sağ qalmağın yeganə yoludur...

...Sən Barak Obama, Bono və ya Roma Papası olsan belə fərqi yoxdur, insanlar 2 tipə bölünür: səninlə yatmaq istəyənlər və sənə nifrət edənlər...

...Məsləhətlərə qulaq asma, nümunə ol...

...Oğurluq etmə. Hökumət rəqibləri sevmir...

...Bu həyatda ən çətin şey elə həyatın özünü yaşamaqdır...

...Hər bir qürub özlüyündə gözəldir...

...Qadını mütləq kimsə sevməlidir. Əks halda o, hamıya nifrət edəcək...

...Ətrafda hər şeyin yaxşı getdiyi vaxt dərindən nəfəs al və nəfəsini 5 saniyə saxla. İçində qapatdığın xoşbəxtlik hissini bütün ömür boyu saxlamağa çalış...

...Probleminizdən asılı olaraq, böyük və ya kiçik bir daşı əlinizə götürün. Onu uçurumdan aşağı ataraq bərkdən qışqırın. Daxilinizdəki döyüşçü ruhu və döyüşçünü azad edin...

...Uşaqlıqda çox oğurluq etmişəm. Lakin heç zaman bir konfet oğurlamazdım. Bütöv konfet qabını götürərdim. Sonra isə mən yad insanların evinə daxil olub gəzişərdim. Boş, kimsəsiz evdə gəzişməyi xoşlayırdım...

...Özüm haqda müxtəlif dəlisov hekayələr eşitmişəm. Onların arasında ən çox qıcıq yaradan xəbər isə budur: guya mən adi insanlar kimi çarpayıda yox, paltar şkafında yatıram. Jurnalistlər belə cəfəngiyatı haradan uydurduğunu anlamıram...

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm