• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Aşıq Telli: “Başı keçəl, qarınlı kişiləri bəyənirəm”

Aşıq Telli: “Başı keçəl, qarınlı kişiləri bəyənirəm”

İfa etdiyi aşıq havaları ilə yanaşı emosionallığı, səmimiliyi, məzəliliyi və maraqlı söhbətləri ilə də tamaşaçıların sevgisini qazanan aşıq Telli ATV telekanalına maraqlı müsahibə verib.

Publika.az aşıq Telli ilə həmin məzəli müsahibəni təqdim edir.

- Telli, hansı tip kişiləri bəyənirsən, başı tüklü, yoxsa keçəl?

- Əzizinəm qaşdadır,

Kiprikdədir, qaşdadır.

Tüklü baş nəyə lazım?

Ağıl keçəl başdadır.

- Qarınlı, yoxsa kürəkli kişiləri bəyənirsiniz?

- Kişinin “balkonu” olar. Qarınlı kişiləri bəyənirəm.

- Azərbaycandilli, rusdilli, yoxsa mindilli kişilərə üstünlük verirsiniz?

- Gürcüdilli. Azərbaycanlı olsun, amma gürcü dilini də bilsin.

- Anasının sözü ilə oturub-dursun, yoxsa sənin sözünlə?

- Ürəyinin səsinə qulaq assın. Baxsın da, anasını çox istəyərsə, anasına qulaq assın. Sən onun gəlinisənsə, anasını da sevməlisən.

- Telefonuna porol qoysun, yoxsa hər şey ortalıqda olsun?

- Mən telefonumu göstərə bilərəm. Elə şeylərdən başım çıxmır. Mən telefonda bir “yes”, bir də “no” düyməsini tanıyıram.

- Döyülməkdən xoşun gəldiyini bilirik. Sən hansına üstünlük verirsən, arvadı hərdən döyən, yoxsa hər gün döyən kişiyə?

- Qadın səhv etdisə, qadının meyitini sərsin, döymək nədir?! Meyit eləsin.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR