Kıvanç Tatlıtuğ balığına sevgilisinin adını qoydu
Bizi izləyin

Tabloid.az

Kıvanç Tatlıtuğ balığına sevgilisinin adını qoydu

Almaq istədiyi pişiyin qiyməti türk aktyor Kıvanç Tatlıtuğu şoka salıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heyvanları çox sevən və evində bir neçə pişik saxlayan Kıvanç ötən gün yeni bir pişik almaq üçün Etilərdəki mağazaya gedib.

Serval cinsindən olan pişiyi almaq istəyən aktyor heyvanın qiymətini eşidəndə şoka düşüb. Pişiyin 38 min dollara olduğunu öyrənən Kıvanç onu almaqdan vaz keçib. Yaraşıqlı aktyor "Mən bu qədər pulu bir pişiyə verməkdənsə, hansısa vəqfə bağışlayaram”, - deyib.

Lakin Kıvanç mağazadan əliboş da çıxmayıb. O, pişik əvəzinə 20 lirəyə balıq alaraq mağazadan ayrılıb. Deyilənlərə görə, balığa da sevgilisi Başak Dizerin adını verib.

Qeyd edək ki, yaraşıqlı aktyor indiyədək rol aldığı seriallardan və reklamlardan böyük bir sərvət əldə etsə də, xərclərinə diqqət edir. İstanbul və Bodrumun bir çox yerində ev və torpaq alan aktyor müxtəlif vəqflərə də vaxtaşırı pul bağışlayır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm