Zabir Lider TV-dən qovuldu?
Bizi izləyin

Tabloid.az

Zabir Lider TV-dən qovuldu?

Zabir Lider TV-dən qovuldumu?

Lider TV kanalı analitik xəbər yönümlü fəaliyyəti ilə bağlı şou proqramları məhdudlaşdırıb.

Publika.Az xəbər verir ki, rəhbərliyin qərarına əsasən bir çox şou proqramlar o cümlədən “Ekstrasens” və “Qızıl pillə” verlişləri yayımını dayandırması ilə bağlı xəbər yayılıb.

Həmin verlişlərin aparıcısı, Lider TV-nin siması Zabir Əliyevin kanaldan qovulması kimi şayələr gəzməyə başlayıb. Məsələni aydınlaşdırmaq üçün teleaparıcı ilə əlaqə saxladıq. Zabir məsələ ilə bağlı belə deyir:

“ Onu kim deyir? Hansı xəbər portalında bu xəbərlər çıxıb? Elə bir söhbət yoxdur. Nə mənim verlişlərim bağlanıb, nə də mən işdən ayrılmışam. Hal-hazırda işdəyəm”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm