• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tanınmış prodüser: “Sponsor tapmaq üçün müğənnidən istifadə edirik”

Tanınmış prodüser: “Sponsor tapmaq üçün müğənnidən istifadə edirik”

Uzun müddət meyxanaçı Namiq Qaraçuxurlu ilə prodüser kimi çalışan Ataş Hüseynov birmənalı qarşılanmayan açıqlama verib. O, “Azərbaycanda prodüser yoxdur” deməklə, yeni qalmaqala imza atıb. Publika.az xəbər verir ki, Ataş bu fikirləri Vüsalə Kərimovanın aparıcısı olduğu “Günaydın” verilişində açıqlayıb.

“Azərbaycanda prodüser yoxdur. Mən menecerlik edirəm. Azərbaycan çərçivəsində prodüser ola bilər. Amma dünya standartları ilə götürdükdə Azərbaycanda həqiqətən də prodüser yoxdur. Prodüserin böyük sərmayəsi və şirkəti olmalıdır. O, müğənni ilə müqavilə imzalayıb, 5 il ərzində qazanc götürməyi düşünməlidir. Bu gün isə Azərbaycanda içi mən qarışıq, 10 prodüser var ki, hansısa müğənninin yanında püxtələşib. Amma biz yenə də sponsor tapmaq üçün müğənnidən istifadə edirik. Sponsordan konsert etməyə pul istəyirik. Amma əslində prodüserin bank hesabında müəyyən məbləğ olmalıdır. Məsələn, Türkiyədə də belədir. Tarkan belə şirkətlə çalışır. Onun müdiri də var. Şirkətin işçiləri müğənninin müxtəlif işlərini görürlər. Bizdə isə bütün işləri bir nəfər görür”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün "Space" telekanalında saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında yayımlanır.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR