• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ad davası edən Şəbnəm xalq şairini “yorğan-döşəyə” saldı - ÖZƏL

Ad davası edən Şəbnəm xalq şairini “yorğan-döşəyə” saldı - ÖZƏL

Müğənni Şəbnəm Tapdığın ad iddiası ətrafında böyüyən qalmaqal onun atasını - xalq şairi İlyas Tapdığı özünün diliylə desək, “yorğan-döşəyə” salıb.

Publika.az-a açıqlama verən İlyas Tapdıq Şəbnəmlə bağlı yayılan xəbərlərdən narahat olduğunu bildirib:

“Əslində Şəbnəmi heç kim düzgün anlamayıb. Şəbnəm demir ki, bu adda olan xanımların hamısı adını dəyişsin. O, sadəcə, səhnə adamlarına irad tutur ki, öz adlarını elan edəndə soyadlarını da söyləsinlər. Yoxsa ki, Azərbaycanda heç kim Şəbnəm adını daşıya bilməz, bu, absurd fikirdir. Qızım belə qadağa qoya bilməz. Çünki heç kimin istəklərinə müdaxilə oluna bilməz. Bu söz-söhbətlərə görə əsəbiləşirəm. Özüm xəstə adamam, dava-dərman qəbul edirəm. Belə xoşagəlməz söhbətlər əhvali-ruhiyyəmə pis təsir edib, səhhətimə ziyan vurub. Mən indi yorğan-döşəkdə yatıram. Televiziyaya baxan insanlar hələ bir görsünlər Şəbnəm nə deyib, ondan sonra danışsınlar”.

Qızının istedadından danışan ata Şəbnəmin Azərbaycan musiqisində göstərdiyi xidmətlərin əvəzsiz olduğunu deyib: “Qızım səs və ifa tərzinə görə hamıdan seçilir. Bunu onu sevənlər gözəl bilir. Amma baxıram ki, Şəbnəmin sözünün başına ip keçirib, onu gözdən salmaq istəyirlər. Mənim qızım qalmaqallı müğənni deyil. Çünki onun sənəti var. Sənət olan yerdə heç bir qalmaqala ehtiyac qalmır”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR