Aytac Selami Şahinlə - FOTO
Bizi izləyin

Tabloid.az

Aytac Selami Şahinlə - FOTO

Türkiyənin ən məşhur müğənnilərindən olan Selami Şahin Azərbaycanın gənc müğənnisi Aytac Vidadiqızına mahnı hədiyyə edib. Bu haqda Publika.az-a müğənninin prodüseri Aynur Əliyeva eksklüziv məlumat verib.

Məlum olub ki, Selami Şahinlə müğənninin görüşü təsadüf nəticəsində baş tutub.

“Türkiyədə yaşayan Seynur Kurt adlı rəfiqəmgilə qonaq getmişdim. Rəfiqəm Türkiyədə məşhur media işçisidir. Şam yeməyində Selami Şahinlə görüşdük. Demə, atamın onun mahnılarından birinin ifa etdiyindən xəbərdar imiş və həmin ifanı çox bəyənib. Mənim Vidadi Bərdəlinin qızı olduğumu öyrənəndə bir mahnı hədiyyə etmək qərarına gəldi. Mahnı artıq aprel ayının sonuna yaxın tam hazır olacaq və həmin mahnıya klip də çəkiləcək. Qeyd edim ki, Selami Şahin həmin mahnını mənə hədiyyə olaraq, təmənnasız verib”.

Publika.az müğənninin Selami Şahinlə fotolarını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm