Məşhur türk rejissorunun rekordları qıran filmi Bakıda - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur türk rejissorunun rekordları qıran filmi Bakıda - FOTOLAR

Paytaxtın qonağı olan Türkiyənin populyar “Men bilmem eşim biler” verilişinin aparıcısı, aktyor və rejissor İlker Ayrık Nizami Kino Mərkəzində media mənsubları ilə görüşüb.

Publika.az-ın məlumatına görə, İlker Ayırık avtoqraf sessiyası keçirib və mətbuatın suallarını cavablandırıb.

Bakını çox sevdiyini deyən qonaq şəhərə vurulduğunu bildirib: “Bakını heç belə təsəvvür etmirdim, nə qədər gözəlmiş. İnsanlar da çox mehribandır. Heç məni boş oturmağa qoymadılar, televiziyalara qonaq dəvət etdilər. Burda çox gözəl mədəniyyət mərkəzləri gördüm.Türkiyədə mədəniyyət mərkəzləri bu qədər çox deyil”.

O çəkdiyi və çəkildiyi “Yapışık kardeşler” komediya filmini Azərbaycan tamaşaçısına təqdim etmək məqsədilə Bakıya gəldiyini bildirib.

Filminin böyük uğur qazandığını deyən rejissor ekran işinin baxış sayına görə, rekordları qırdığını bildirib: “Film 23 gün ərzində ərsəyə gəldi. Bu günə qədər Türkiyədə filmin bir milyon izləyicisi olub. Mən bilirəm ki, Azərbaycan tamaşaçısı mənim verilişimi çox sevir, inanıram ki, filmimi də elə sevəcəklər. Aktyor kimi bu mənim ilk işim deyil, amma rejissor kimi il dəfə özümü sınadım. Bu iş çox xoşuma gəldi”.

Mətbuat konfransının sonunda İlkər Ayrıl jurnalistlərlə selfi də çəkdirib.

Daha sonra film nümayiş olunub.

Qeyd edək ki, film maraqlı süjet xətti ilə diqqət çəkib. Halim və Selim iki şən və baməzə olan qardaşdırlar. Onları başqalarından fərqli edən səbəb bir-birinə yapışıq doğulmaları və istər-istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xoşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda özlərinə uyğun “xeyirli” qismət tapmaq üçün İstanbula üz tuturlar...

Filmdə baş rolları İlker Ayırık ilə yanaşı, Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak ifa ediblər.

Cəvahir

Foto:Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm