Rəmiş: “Mən sizə deyirəm ki, arvadınızı boşayın?”
Bizi izləyin

Tabloid.az

Rəmiş: “Mən sizə deyirəm ki, arvadınızı boşayın?”

Xalq artisti, gitara ifaçısı Rəmiş doğma qardaşına düşmən kəsilib. Musiqiçinin ATV telekanalına açıqlaması bunu deməyə əsas verir. Publika.az xəbər verir ki, qardaşı ilə problemlərinin səbəbi Rəmişin həyat yoldaşıdır:

“Doğma qardaşımdan zəhləm gedir. Ölənə kimi də onu danışdırmaram. Mən elə qardaşı qardaş saymıram. Allahın da ondan zəhləsi getməlidir bu yaxında. Mənə qarşı artıq hərəkətlər edir. Dünya malı dünyada qalacaq”.

Musiqiçi bu nifrətin səbəbini qardaşının onun qarşısında qoyduğu boşanma tələbi ilə əsaslandırıb:

“Kişisən, mərifətin olsun. Mənə deyir ki, Gülünü boşa. Mən sizə deyirəm ki, arvadınızı boşayın? Mən onlara nə reaksiya verirəm, nə də onları adam yerinə qoyuram. Dünyada dostlarımdan əziz heç kəs yoxdur. Onlar da barmaqla sayılasıdır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm