Türkiyədəki ərindən dollar gözləyən azərbaycanlı müğənni
Bizi izləyin

Tabloid.az

Türkiyədəki ərindən dollar gözləyən azərbaycanlı müğənni

Müğənni Bəturə Hüseynovanın gözü yoldadır. Xanım sənətçi Türkiyədə yaşayan həyat yoldaşından bayram hədiyyəsi gözləyir.

Publika.az-a danışan müğənni hədiyyəsini Martın 8-də alacaq: “Hər il harda oluramsa-olum, həyat yoldaşım hədiyyəmi göndərir. Bilirsiniz ki, bir ilə yaxındır Azərbaycandayam və sənətimlə məşğulam. Həyat yoldaşımdan müvəqqəti ayrılıq bu sevgini daha da alovlandırıb. Söz verib, Martın 8-də mənə hədiyyə olaraq dollar göndərəcək. Çünki o bilir ki, mən yalnız pul xoşlayıram. Həmin pula ürəyim istəyəni alacam. Məbləği açıqlamıram, amma anons etdiyinə görə, az olmayacaq”.

Maraqlıdır, görəsən, xanım sənətçinin ən yadda qalan bayram hədiyyəsi nə olub?

“Elə də yaddaqalan hədiyyəm olmayıb. Hədiyyə olaraq gül, ətir, daş-qaş almışam. Bir dəfə həyat yoldaşım mənə bahalı kürk alıb, hə, o hədiyyə mənim üçün yaddaqalan olub”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm