Oksana həmkarlarına söz atdı
Bizi izləyin

Tabloid.az

Oksana həmkarlarına söz atdı

Hind rəqsləri ilə məşhurlaşan rəqqasə Oksana Rəsulova iddialı çıxışı ilə yəqin ki, yenidən qalmaqalın mərkəzində olacaq. ATV telekanalına danışan rəqqasə özündə güclü rəqqasə tanımadığını bildirib.

“Mən artıq sənətdə öz möhürümü vurmuşam. Düşünürəm ki, məndən sonra o möhürü ancaq mənim tələbələrim vura bilər. Söhbət Azərbaycanda hind rəqsindən gedir. Bu, atmaca deyil, reallıqdır. Hamının gözü qarşısında olan şeydir. Azərbaycanda məndən sonra hind rəqsini gözəl oynayan mənim tələbələrimdir”.

Rəqqasə həmçinin Bollivud ulduzu Şahruk Xan ilə eyni tədbirdə olmasından da danışıb.

“Şahruk Xanla eyni mərasimdə olduq. Düzdür, onunla görüşmədik. Heç onunla görüşməyə də can atmıram. Onunla görüşmək isə elə də çətin bir iş deyil”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm